Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:51

Ziya Məmmədovu Cavid Qurbanov əvəzlədi


Cavid Qurbanov
Cavid Qurbanov

Nəqliyyat naziri Ziya Məmmədov bundan sonra Azərbaycan Voleybol Federasiyasına rəhbərlik etməyəcək.

Oktyabrın 12-də Milli Olimpiya Komitəsində Voleybol Federasiyasının iclası keçirilib və yeni prezident seçilib.

İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Federasiyada dəyişikliklər barədə müzakirələr aparılıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklif var.

Nazirin deməsinə görə, Federasiyanın məqsədi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.

Sonra C.Qurbanov səs çoxluğu ilə Voleybol Federasiyasının prezidenti seçilib.

O öz çıxışında bildirib ki, voleybolda ciddi dəyişikliklər gözlənilir və bu, məşqçilərə də şamil ediləcək.

Ölkə mətbuatında dərc edilən yazılara görə, son illər Azərbaycan Voleybol Federasiyasının əməkdaşları aylarla maaş ala bilməyib. Hətta bu ilin mayında kişilərdən ibarət voleybol yığması maddi problemlər üzündən Tbilisidə keçirilən Avropa Çempionatının seçmə mərhələsində iştirakdan imtina edəcəyini də bildirmişdi. Ancaq sonradan problem yoluna qoyulmuşdu.

XS
SM
MD
LG