Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

Əli Əhmədov: 'Yayın ortasında iki manata kartof olmaz'


Ə.Əhmədov
Ə.Əhmədov

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası icra katibi Əli Əhmədovla Kənd Təsərrüfatı naziri İman Kərimovun avqustun 22-də Bakıda kənd təsərrüfatı yarmarkası, «Yaşıl bazar» və supermarketlərdən birinə baxış keçirdiyi bildirilir.

«Report»un xəbərinə görə, Baş nazirin müavini satışa çıxarılan məhsullarının qiyməti, keyfiyyəti ilə maraqlanıb, satıcı və alıcıları dinləyib.

Xəbərə görə, Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Agentliyin xəbərində qeyd edildiyinə görə, satıcıdan «2 manat» cavabını eşidincə, Ə.Əhmədov qiymətin baha olduğunu deyib. «Yayın ortasında 2 manata kartof olmaz», - o qeyd edib.

Halbuki, Azərbaycan rəsmiləri son illər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Üstəlik, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bu yaxınlarda demişdilər ki, yayda kartof və soğanın qiyməti ucuzlaşacaq. Həmin vaxt kartofun qiyməti 2 manatdan ucuz idi.

XS
SM
MD
LG