Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Ərdoğan Milli Məclisdə çıxış edib


R.T.Ərdoğan
R.T.Ərdoğan

"Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir". Bunu iyunun 16-da Milli Məclisdə çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, 30 il sonra bu torpaqların təkrar öz sahiblərinə qovuşduğunu bildirib: "Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub".

"Azərbaycanın yanındayıq, bütün dünya bilsin..."

Ərdoğan Türkiyənin bundan sonra da Azərbaycana dəstək göstərəcəyini, "Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq", - deyə bəyan edib: "Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq. Necə ki Balkan hərbi sırasında Azərbaycan milli marşının yazarı Əhməd Cavad bərabərindəki Azərbaycan gənclərlə Osmanlı ordusunda savaşıb, necə ki Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun gəncləri birlikdə mücadilə edib, birlikdə irəliləyib şəhadətə qovuşub, necə ki Qafqaz İslam ordusunun aslanları Nuri Paşa ilə azəri qardaşlarımızın yardımına tələsiblər, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq".

R.T.Ərdoğan Türkiyənin Qarabağın bərpasında iştirak edəcəyini söyləyib: "Bərabər, inşallah, buraları inşa edəcəyik, yeni bir Qarabağ meydana gətirəcəyik".

"...Ermənistan üçün faydalarını saymaqla bitməz"

"Zəngəzur dəhlizi"ndən söz açan cənab Ərdoğan deyib ki, dəhlizin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryol ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Türkiyənin dövlət başçısı qeyd edib ki, Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasını istəyirlər: "Belə bir platformasının yaradılmasında məqsəd bölgədə sabitlik yaratmaq, düşmənlikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin bu addımı ataq. Dedim ki, bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Eyni şəkildə sizin də Rusiya ilə problemlərinizi həll etməyiniz üçün bu platforma yardımçı olacaq. Dedi: "Çalışaq", "Yaxşı olar", -dedim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır".

Ərdoğanın Şuşa səfəri nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

R.T.Ərdoğan iyunun 15-dən Azərbaycandadır. O, Füzuli və Şuşada olub, iki dövlət arasında müttəfiqliklə bağlı Şuşa Bəyannaməsi imzalanıb.

XS
SM
MD
LG