ABŞ-ın "Democracy Now!" xəbər proqramının jurnalisti Emi Qudman COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə Azərbaycanda həbsdə olan jurnalistlər, fəallar və hökumət tənqidçilərinə qarşı repressiyalar barədə sual verib. Rəfiyev şərh verməyəcəyini deyərək jurnalistin israrlı suallarını cavablandırmaqdan imtina edib.