Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Azərbaycan özünü doğrultmadı


«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı yeni hesabatını açıqlayıb
«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı yeni hesabatını açıqlayıb
2008-ci il prezident seçkiləri Azərbaycana imkan verdi ki, insan haqları sahəsində irəliləyişi göstərsin, amma ölkə bu imkanı doğrultmadı. Belə ki, müxalifət partiyaları seçkini boykot elədilər, toplaşma və media azadlığı məhdudlaşdırıldı. «Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının yeni hesabatında belə deyilir.
Hesabat deyir ki, 2007-ci ilin sonunda 5 jurnalist əfvlə azad edilsə də 2008-ci ildə daha 5 jurnalist hələ də həbsdə qalırdı və bu jurnalistlər peşə fəaliyyətinə görə həbs olunanlar idi.

Ölkədə jurnalistlərə qarşı siyasi motivli ittihamların hələ də qaldığı bildirilir və xarici radiostansiyaların FM tezliyindən çıxarılmasının ciddi problem olduğu göstərilir.

Hesabatda qeyd olunur ki, polis bölmələrində işgəncə halları və pis rəftar, siyasi məhbuslar, insan haqları müdafiəçilərinə qarşı zorakılıq hələ də ciddi problem olaraq qalır.

Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bildirir ki, onsuz da media sahəsində vəziyyətdə getdikcə pisləşmə hiss olunur. «Human Rights Watch»-da bu sahədə araşdırma aparan bir qurum kimi bunun mövcudluğunu bir daha da sübut edir.

O, deyir ki, keçən ilin elə ən böyük problemlərindən biri odur ki, jurnalistlərə qarşı baş verən zorakılıq hadisələrinin heç biri araşdırılmadı. Əsasən də həmin il zorakılıq və təqibə məruz qalmış «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı.

Ələsgər Məmmədli bildirir ki, «Human Rights Watch»ın hesabatında deyildiyi kimi ölkə azadlığın pozulması yalnız media sahəsində deyil digər sahələrdə də baş verib.
Hesabatda Azərbaycanda hüquq müdafiəçilərinin təzyiq və hədələrlə üzləşdiyi də bildirilir. Göstərilir ki, keçən il ötən ilin iyunun 14-ü Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov polis şöbəsində döyülüb və bir aya yaxın həbsxanada yatıb. Avropa Şurasının Hüquq müdafiəçilərini müdafiə proqramının üzvi Şahin Abbasovun sözlərinə görə ölkədə mərhələli hücumlar aparılır. Əvvəlcə müxalif partiyalara hücum edildi. İndii isə hədəf də vətəndaş cəmiyyətinin nümayəndələridir.

Daxili İşlər naziri Ramil Usubov ayın əvvəli hüquq müdafiəçisi Leyla Yunusu məhkəməyə verib və iddia edib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ötən il dekabrın 3-də «Day.az» saytına verdiyi müsahibəsində nazirliyə böhtan atıb. Leyla Yunus isə bu vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiq kimi qiymətləndirib.

Millət vəkili Zahid Oruc deyir ki, bu hesabatı hazırlayanlar formalizmdən çıxış edirlər və ölkədəki ayrı-ayrı qeyri-hökumət təşkilatlarının rəylərini köçürməklə bir ölkə haqqında beynəlxalq aləmdə fikirlər formalaşdırırlar. Onun sözlərinə görə əməlinə görə həbs olunmuş bir, iki nəfərin timsalında bütün ölkə haqqında fikir yürütmək olmaz.
Lakin Zahid Oruc deyir ki, bununla belə ölkədə hansısa problemin olduğunu inkar da etmir. Məsələn, məhkəmələrdə az da olsa insan haqlarının pozulması halları olub. Amma Zahid Oruc deyir ki, bu elə Avropa ölkələrində də baş verir.
Hesabatda yer alan məsələlərdən biri də ölkədə işgəncə amilini hələ də qaldığı bildirilir. İşgəncələr əleyhinə komitənin rəhbəri Elçin Behbudov «Human Rights Watch»ın hesabatında işgəncə ilə bağlı deyilən fikirlərin reallığı əks etdirdiyini bildirir.
XS
SM
MD
LG