Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:43

«Əbu-Bəkr»dəki partlayışla bağlı ibtidai istintaq yekunlaşıb


«Əbu-Bəkr» məscidindəki partlayış nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb
«Əbu-Bəkr» məscidindəki partlayış nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb
Bakıda «Əbu-Bəkr» adı ilə tanınan «Cümə» məscidində baş vermiş partlayışla bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə «Azadlıq» radiosuna Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə (MTN) Əlaqələr Mərkəzinin rəisi Arif Babayev məlumat verib.

Hadisə ilə bağlı cinayət işini MTN-in İstintaq Baş İdarəsi aparıb.

Bu hadisənin qanunsuz fəaliyyət göstərən «Meşə qardaşları» tərəfindən törədildiyi bildirilib və hadisədə təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Partlayışdan sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb.

«Əbu-Bəkr» məscidində 2008-ci il avqustun 17-də partlayış törədilib. Naməlum şəxsin məscidə əl qumbarası atması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
XS
SM
MD
LG