Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:06

Daxili İşlər Nazirliyinin xaricdəki nümayəndələri


Daxili İşlər naziri Ramil Usubov
Daxili İşlər naziri Ramil Usubov

«Daxili İşlər Nazirliyi (DİN) nümayəndələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsilçiliyi ilk növbədə Azərbaycanda cinayət törədənlərin daha çox sığınacaq tapdığı və Azərbaycan vətəndaşlarının daha çox gedib-gəldiyi ölkələrdə reallaşdırılacaq». Bunu Daxili İşlər naziri Ramil Usubov iyunun 15-də jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, prezidentin bir neçə gün əvvəl bu haqda imzaladığı fərmana uyğun olaraq bu sahədə işlər davam etdirilir.


Cənab Usubovun sözlərinə görə, DİN-in nümayəndələri artıq Rusiyada və Gürcüstanda fəaliyyət göstərirlər. Yaxın vaxtlarda isə Ukrayna və digər ölkələrdə də belə nümayəndələr təyin olunacaq.


Bir necə gün əvvəl prezident İlham Əliyev «Azərbaycan Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında» fərman imzalayıb. Sənədə görə, Daxili İşlər nazirinə Azərbaycan prezidentlə razılaşdırmaqla DİN nümayəndələrini xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təyin etmək səlahiyyəti verilir.


XS
SM
MD
LG