Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:15

Yeni həftədən havalar bir qədər sərinləşəcək


İyunun sonunda 33-35 dərəcə isti qeydə alınsa da, daha yüksək temperaturun təsiri hiss edilirdi
İyunun sonunda 33-35 dərəcə isti qeydə alınsa da, daha yüksək temperaturun təsiri hiss edilirdi

İyul ayının 3-dən etibarən Azərbaycanda havalar nisbətən sərinləşəcək. Həm havanın orta temperaturu bir neçə dərəcə aşağı düşəcək, həm nisbi rütubət azalacaq.


Milli Hidrometeorologiya Mərkəzinin Proqnozlaşdırma Bürosunun rəhbəri Umayra Tağıyevanın sözlərinə görə, bu proseslərin bazar günü axşamdan başlaması gözlənir


«Ayın 2-si, axşam gecəyə doğru ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənir. Abşeron yarımadası və ölkənin bir sıra rayonlarında proses güclü şimal küləyi ilə müşahidə olunacaq və zaman-zaman küləyin sürəti saniyədə 30 metrə çatacaq».


Umayra xanımın sözlərinə görə, bazar ertəsi və çərşənbə axşamları havanın orta temperaturu bütün ölkə üzrə 5-6 dərəcə enəcək, hətta günorta saatlarında Abşeron yarımadasında temperaturun 25-27 dərəcəni keçməyəcəyi gözlənir.


İyunun son həftəsində günorta saatlarında qeydə alınan temperatur 33-35 dərəcəni keçməsə də, daha yüksək temperaturun təsiri hiss edilirdi. Umayra Tağıyeva bunu nisbi rütubətin yüksək olmasıyla izah edir.


«Bizim verdiyimiz proqnozlarda havanın temperaturu kölgədəki temperaturu göstərir, amma günorta saatlarında nisbi rütubətlilik artığından, istilik effekti kəskin hiss edilirdi. Növbəti həftədən fərqli proseslər olacaq. Hətta Abşeron yarımadasında axşam saatlarında qısamüddətli yağışlar da gözləməyə dəyər».


Sinoptiklər növbəti həftədən Azərbaycanın rayonlarında axşam saatlarında yağışların artacağını, dağlıq və dağətəyi rayonlarda isə hətta yağışların leysanla əvəzlənə biləcəyini bildirirlər.


XS
SM
MD
LG