Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:46

Ötən altı ayda Bakı polisi axtarışda olan 1112 cinayətkarı tutub


Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev

«2006-cı ilin ötən altı ayı ərzində Bakı şəhərində 4023 cinayət, o cümlədən, 433 ağır və xüsusilə ağır cinayətlər qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin 19,5 və 29,3 faiz artımı müşahidə edilib». Bu gün Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) altı ayın yekunlarına həsr olunmuş müşavirədə idarənin rəis müavini Yaşar Əliyev belə dedi. Onun sözlərinə görə, quldurluq cinayətlərinin sayı 62-dən 57-yə enib, yəni, 8,1 faiz azalıb, zorlama cinayətləri sabit qalıb, qəsdən adam öldürmənin sayı isə 32-dən 33-dək artıb.


Cənab Əliyev bildirir ki, bu dövr ərzində qrup halında cinayətlər törətmiş 100-dək dəstə zərərsizləşdirilib. Həmçinin yarımilliyin yekunlarına görə, axtarışda olan 1675 cinayətkarın 1112-si və ya 66,4 faizi tutularaq məhkəmə-istintaq orqanlarına təhvil verilib.


BŞBPİ-nin rəisi Məhərrəm Əliyev isə, müşavirədə paytaxt polisinin, xüsusilə qeydiyyat şöbəsində çalışanların fəaliyyətində baş verən qanun pozuntularından, qüsurlardan danışdı. Onun sözlərinə görə, Xətai, Səbayel və Binəqədi rayon polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin rəisləri məhz buna görə cəzalandırılıblar.


Cənab Əliyev həmçinin bir sıra cinayətlərin indiyədək üstünün açılmamasından da narahatlığını bildirdi.


XS
SM
MD
LG