Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:28

25 ildən sonra Çernobıl faciəsinin erməni «ləğvediciləri»


ÇERNOBIL ZONASINDA İŞLƏYƏN ERMƏNİLƏR...

Aprelin 26-da Çernobıl faciəsinin 25-ci ili tamam oldu. 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında baş verən texnogen fəlakət nəticəsində Ukrayna, Belarus və Rusiyanın 145 min kv. metrdən artıq ərazi radiasiya çirklənməsinə məruz qalıb, 5 milyondan artıq zərərçəkən olub.

Keçmiş Sovet İttifaqından minlərlə mütəxəssis Çernobıl atom elektrik stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.

25 il əvvəl radioaktiv şüalanma zonasında xilasetmə işlərinə 3 minə yaxın erməni də qoşulmuşdu. Şüalanma zonasının 30 kilometrliyində müxtəlif iş aparanlara – ləğvedicilər deyilirdi.

Qevorq Vardanyan 1986-cl ildə Çernobıla yollananlardan olub və şüalanma zonasında 11 aya yaxın işləyib. O, indiyə qədər qoruyub saxladığı, 25 illik tarixi olan buraxılış vərəqini göstərir.

«Bu, buraxılışlar 30 kilometrlik zonaya daxil olmaq üçün verilmişdi».

Daha sonra bağlamasından 30-a yaxın tərifnamə, orden və medalını çıxarır:

«Medallar o qədər çoxdur ki, bilmirəm hansını göstərim»

Qevorq Vardanyan deyir ki, ermənilər Ukrayna xalqına ilk yardım əlini uzadanlardan olub, bəzisi psixoloji pozuntular və digər problemlərlə qayıdıb, digərləri isə bir neçə ilin içində vəfat edib. Vardanyan 2 minə yaxın ləğvedicini birləşdirən «Çernobıl» assosiasiyasına rəhbərlik edir. Dediyinə görə, radioaktiv şüalanma zonasına ezam olunmuş və ya hərbi əmrlə gedən adamların əksəriyyəti, o cümlədən könüllülər hara getdiklərini əvvəlcədən təsəvvür etmirdilər:

«GEDƏNLƏRİN ÇOXU RADİASİYANIN NƏ OLDUĞUNU BİLMİRDİLƏR»


«Gedənlərin çoxu radiasiyanın nə olduğunmu bilmirdilər, çünki ona toxunmaq, görmək, iyini, səsini hiss etmək mümkün deyil. Həmin zonaya giriş qadağan idi, ərazi tikanlı məftillərlə hasarlanmışdı, xəbərdarlıq işarələri qoyulmuşdu, ancaq adamlar daxil olur, ağacdan alma dərib, yeyirdilər».

Çernobılda işləyən insanlar
Çernobıl Atom elektrik stansiyasındakı faciədən 25 il keçsə də, ermənistanlı ləğvedicilər bu gün yaşamır, lazımi diqqətdən, sosial müdafiədən kənarda acınacaqlı həyat sürürlər. Çernobılda zərərçəkən ermənilərin əksəriyyəti birinci və ikinci qrup əlildirlər. Səhhətləri ilə bağlı müxtəlif problemləri olsa da, radiasiya xəstəlikləri və yanıq mərkəzində pulsuz tibbi yardımla kifayətlənməyə məcburdurlar. Mərkəzə baş çəkdiyimiz gün orda 20-ə yaxın pasiyent dispanser nəzarəti altında idi, əksəriyyəti də yataq xəstələri. Xəstələrdən biri kinayə ilə deyir...:

«Bu gün biz gələ sovet vaxtı yediyimizi həzm edirik. Bizə qidalanmaq lazımdır, ancaq pul azdır»

Vanarut kəndinin 70 yaşlı sakini Çernobıla yollananda onun 45 yaşı vardı. Orda qaynaqçı, ixtisassız fəhlə kimi işləyib. Deyir ki, bu gün aldığı təqaüd yalnız bir kisə un almağa çatır:

«BİZ SAĞLAMLIĞIMIZI VERMİŞİK...»

«Biz sağlamlığımızı vermişik, erməni xalqına şərəf gətirmişik, ancaq burda bizi ələ salırlar. Ayda 28 min drama (təxminən 75 ABŞ dollarına) nə almaq olar? Hələ bu pulu almamışdan əvvəl dükanlar növbəyə durur ki, borclarını ödəyək».

Levon, Albert və Vladimiri Çernobıla qəzadan 1 ay sonra göndəriblər. Fəhlə, inşaatçı və sürücü kimi işləyərək 80 rubl pullarını alıb ölkəyə qayıdanda radiasiyanın orqanizmlərində buraxdığı izlərdən xəbərləri olmayıb.

«Bizi çox tələsik apardılar, bilmirdik hara gedirik».

«Bizi Nijni-Taqilə apardılar, ordan hər gün 10-20 nəfəri Çernobıla yollayırdılar».

«Bu gün yataq xəstəsi olandan sonra bizə görə cavabdeh kimdir?».

«Mənim azı 5 xəstəliyim var».

Bu gün ləğvedicilərin korlanmış səhhətləri və boş ciblərindən başqa heç nələri yoxdur. Görünməz düşmənlə, şüa ilə döyən ləğvedicilər təəssüflənirlər ki, bir zaman yardım əllərini uzatdıqları kimi onlara kömək edən tapılmır:

«Bu nədir? Məgər biabırçılıq deyil?

«TƏQAÜDÜMÜZ GÜCLƏ YEMƏYİMİZƏ ÇATIR»

«Bizi apardılar...Yəqin, yarıdan çoxumuz artıq həyatda yoxdur, sağ qalanları barmaqla saymaq olar».

Çernoblıl faciəsinin nəticələrinin aradan qaldırılmasına yardım etməyə erməni qadınlar da – həkimlər, tibb bacıları, aşpazlar da qatılmışdı. O zaman hələ 30 yaşı olmayan, 3 uşaq anası Janna könüllü olaraq Çernobıla gedib. Ona deyiblər ki, orda iş var:

«Mən heç təsəvvür etmirdim: düşünürdüm ki, nə ola bilər ki? Biz yolandıq və orda heç bir şey hiss etmədik, heç bir iy yox idi. Mətbəxdə daim radiasiya fonunu ölçürdülər. Məsələn, mənə hər zaman deyirdilər ki, səndə çoxlu radiasiya var, «tez hamama get».

Bu gün Janna 17 min dram təqaüdlə (təxminən 45 ABŞ dolları) xəstəxana qapısını döyməyə cürət etmir, baxmayaraq ki, xəstəliklərin sayı getdikcə artır.

«Elə bir orqanım yoxdur ki, salamat olsun... Ora getdiyimə təəssüflənirəm».

Ermənistanın «Metsamor» Atom elektrik stansiyasında çalışan Asmiki də Çernobıla ezam ediblər. İki dəfə 1986 və 1987-ci illərdə şüalanma zonasında olub. Ölkəyə qayıdandan 3 il sonra səhhəti qəfil pisləşib. Bu gün o, ikinci qrup əlil və tənha təqaüdçüdür:

«ÇOXLARI ÖLÜB, ÇOX AZ ADAM QALIB».


«Çernobıl» assosiasiyasının qeydiyyatında şüalanma xəstəliyindən əziyyət çəkən valideynlərin 450 uşağı da var. Ancaq bu, ixtisaslaşmış mərkəzdə də uşaqların tibbi müayinəsi üçün imkan yoxdur.

«Medallar da lazım deyil, bizim üçün dövlətin diqqəti daha əhəmiyyətlidir. Şüalananların uşaqları var və səhhətlərində ciddi problemlər var. Onlar istəyir ki, hökumət uşaqlarına qayğı göstərsin».

26 aprel - BMT tərəfindən beynəlxalq radiasiya qəzaları və fəlakətləri qurbanlarının xatirəsinin anım günü kimi tanınır.
XS
SM
MD
LG