Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:02

Afrikada daha dəhşətli xəstəlik tapılıb


Vəba epidemiyalarına əsasən Afrikanın kasıb ölkələrində rast gəlinir
Vəba epidemiyalarına əsasən Afrikanın kasıb ölkələrində rast gəlinir

Liviya hökuməti Dünya Səhiyyə Təşkilatına ölkədə ölümcül vəba epidemiyası başlanmasıyla bağlı məlumat verib. Məlumata görə, Liviyanın Misirlə sərhədindəki Tobruk şəhərində bir neçə günə 18 nəfər vəba xəstəliyinin ağır formasına yaxalanıb. Xəstələrdən artıq biri dünyasını dəyişib.

Dünya Səhiyyə Təşkilatının rəsmisi Con Cabbur bildirib ki, təşkilat təcili olaraq Liviyaya ekspedisiya göndərib. Xəstəliyin səbəbləri və miqyaslarını araşdırır.

Vəba xəstəliyinin bu formasına yoluxan xəstələrin bədəni bir-iki günə qara düyünlərlə örtülür. Xəstəliyin dərhal müalicəsinə başlanmasa, 2-3 gündən sonra xəstəni xilas eləmək mümkün olmur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 200-300 nəfər bu xəstəlikdən ölür. Əsasən, kaıb Afrika ölkələrində.

Tarixdə ən böyük vəba epidemiyası 1347-3151-ci illər arasında Avropada qeydə alınıb. O vaxt bu xəstəlikdən dünya üzrə 75 milyon nəfərin öldüyü güman olunur. Həmin dövrdə Avropa əhslisinin 1/3-i bu xəstəliyin qurbanı olub.



ÖNCƏKİ SƏHİFƏYƏ GERİ QAYIT

XS
SM
MD
LG