Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:30

Baş redaktor dəfn edildi


Novruzəli Məmmədov
Novruzəli Məmmədov
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, Talış mədəniyyət mərkəzinin rəhbəri və «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov avqustun 17-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində vəfat edib.

Bu barədə «Turan»a N.Məmmədovun hüquqlarının müdafiə komitəsinin sədri Hilal Məmmədov bildirib. Onun sözlərinə görə, N.Məmmədovun həyat yoldaşına həbsxana xəstəxanasından zəng vuraraq ərinin öldüyünü bildiriblər.

İşgəncələr Əleyhinə Azərbaycan komitəsinin sədri Elçin Behbudov bildirib ki, həkimin sözlərinə görə, 68 yaşlı Novruzəli Məmmədovun vəziyyəti birdən-birə dəyişib və o keçinib.

N.Məmmədov 2008-ci ilin yayında dövlətə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunurdu.

Lakin hüquq müdafiəçiləri N.Məmmədovu siyasi məhbus hesab edirdi.

N.Məmmədov ürək çatışmazlığı və qan təzyiqindən əziyyət çəkirdi.

Mərhumun ailəsinin AzadlıqRadiosuna verdiyi məlumata görə N.Məmmədov avqustun 18-də doğulduğu Astara rayonunun Ərçivan kəndində dəfn edilib.
XS
SM
MD
LG