Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:26

Müxalifət söz azadlığı ilə bağlı forum keçirmək qərarına gəlib


AXCP sədrinin deməsinə görə, toplantıda işçi qrupunun üzvlərinə də bəzi tövsiyələr veriblər
AXCP sədrinin deməsinə görə, toplantıda işçi qrupunun üzvlərinə də bəzi tövsiyələr veriblər
Müxalifət yaxın günlərdə söz azadlığının müdafiəsi ilə bağlı forum keçirmək qərarına gəlib. Bu barədə AzadlıqRadiosuna danışan AXCP sədri Əli Kərimli deyir ki, onlar bu qərarı avqustun 19-u Qarabağ və Respublika Uğrunda Hərəkatın toplantısında veriblər:

- Biz həbsdə olan redaktorların çağırışına qoşulmaq qərarına gəldik. Söz azadlığının müdafiəsi yaxın zamanlar üçün müxalifətin prioritet vəzifəsi sayılacaq.

Əli Kərimli deyir ki, həm jurnalistlərin həbsdən azad edilməməsi, həm də gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi bunu zəruri edir.

AXCP sədrinin deməsinə görə, toplantıda işçi qrupunun üzvlərinə də bəzi tövsiyələr veriblər.

Hələ ötən həftə Qarabağ və Respublika Uğrunda hərəkat 4 qanuna dəyişikliklər layihəsi hazırlamaq üçün işçi qrup yaratmışdı. Söhbət Seçki Məcəlləsi, bələdiyyələrin statusu, sərbəst toplaşmaq və siyasi partiyalar haqqında qanunlardan gedir. Hərəkat həm bələdiyyələrin statusunun artırılmasını, həm komissiyaların yenidən formalaşmasını, həm də sərbəst toplaşmaq azadlığının təmin edilməsini istəyir.
XS
SM
MD
LG