Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Bələdiyyə sədrliyi neçəyədir?


«Rayon icra hakimiyyətləri əvvəlcədən bələdiyyə sədrlərinin kim olacağını müəyyənləşdirirlər»
«Rayon icra hakimiyyətləri əvvəlcədən bələdiyyə sədrlərinin kim olacağını müəyyənləşdirirlər»
Azərbaycanda bələdiyyə sədri olmaq neçəyədir?

10 MİN MANATDAN 40 MİN MANATA QƏDƏR

Hüquq müdafiəçisi Emil Məmmədov deyir ki, indi bələdiyyə sədri olmağın qiyməti 10 min manatdan 40 min manata qədərdir. Onun sözlərinə görə, qiymətlər kənd və qəsəbələrdən rayon mərkəzlərinə doğru artır:

- Rayon icra hakimiyyətləri əvvəlcədən bələdiyyə sədrlərinin kim olacağını müəyyənləşdirirlər. Hətta səs verəcək adamlar da əvvəlcədən hazırlanır. Həmin müəyyənləşdirilmiş adam da bəri başdan icra başçısına görüm-baxım edir ki, siyahıya başçılıq eləsin.

Emil Məmmədov qiymətlərin belə baha olmasını bələdiyyə başçısının həmin pulu tez bir zamanda qazana bilməsilə əsaslandırır:

- Yəni burda bir bazar iqtisadiyyatı metodu tətbiq olunur. Bələdiyyə başçısı olmaq istəyənlər müəyyənləşdirirlər ki, nə qədər verib, nə qədər qazanmaq olar. Elə bu baxımdan da sıravı adamlar arasında bələdiyyə seçkilərinə maraq çox aşağı olur.

Hüquq müdafiəçisinə görə, bu qədər xərc çəkmələrinə baxmayaraq, bələdiyyələr yenə də icra hakimiyyətlərindən asılı olurlar.

Salyan rayonunda 45 bələdiyyədən bir neçəsinin indiyə qədər müstəqil fəaliyyət göstərdiyini deyən Emil Məmmədova görə, çox güman ki, bu seçkidə həmin bələdiyyələrlə üzülüşməyə çalışacaqlar.

İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR

Amma rayon icra hakimiyyətləri səslənən fikirləri təkzib edirlər. Məsələn, Neftçala rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Anar Cəfərov səslənən fikirlərin əsasız olduğunu deyir:

- Bilirsiz bunlar hamısı cəfəngiyyatdır. Bunlar qarışıqlıq salmaq istəyənlərin fikirləridir. Camaat 10 il əvvəlki camaat deyil, onlar özləri kimə səs verir, özləri bilir, kimsə onları kiməsə səs verməyə məcbur eləmir.

MÜXALİFƏT «SEÇKİDƏ İŞTİRAK VACİBDİR» DEYİR

ADP sədri Sərdar Cəlaloğlu bildirir ki, onlara bələdiyyə yerlərinin pulla satılması ilə bağlı məlumatlar çatıb, amma buna baxmayaraq,
Sərdar Cəlaloğlu
üzvlərinə fərdi qaydada seçkilərdə fəal olmaq tapşırığı veriblər.

S.Cəlaloğlu bildirir ki, icra hakimiyyətlərində siyahıların artıq çoxdan hazır olması barədə məlumatlara inanırlar, amma həm də hesab edirlər ki, bu, insanların seçkiyə marağını azaltmaq baxımından da edilə bilər:

- İndi Azərbaycanda rüşvət hər yerdə var. Bu baxımdan hesab edirəm ki, ola bilər yayılan məlumatların arxasında həqiqət var, amma buna baxmayaraq biz seçkilərdə iştirak etməliyik.

Partiya sədri deyir ki, onların əsas məqsədi odur ki, seçki kampaniyasında iştirak edib yerli problemləri qaldırsınlar.
XS
SM
MD
LG