Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

Bloqosfera «donuz qripi»nə «yoluxub»...


«Xaricdə küçədə maskalı adam görəndə düşünürsən ki, şüura bax ee, bizdə ömründə taxmazlar…Amma yox, xalqımızda bir az dərrakə var»
«Xaricdə küçədə maskalı adam görəndə düşünürsən ki, şüura bax ee, bizdə ömründə taxmazlar…Amma yox, xalqımızda bir az dərrakə var»
Bloqosfera «donuz qripi»nə «yoluxub»... Dünyada pandemiya halı alan «donuz qripi» Azərbaycan bloqosferasına da çatıb. Bloqçular ənənəvi mövzuları ilə yanaşı bu həftə dünyada həyəcanla izlənən virusun Azərbaycan sərhədlərini aşmasından da yazırlar...

MASKA TAXSAM CAMAAT NƏ DEYƏR?

Əli Məmmədov yazır ki, elementar gigiyena qaydalarına əməl etməklə, ictimai yerlərdə maska taxmaqla və düzgün qidalanmaqla virusa qalib gəlmək olar. Birinci növbədə isə bloqçu stereotiplərə uymamağa çağırır.

Pokladun adlı bloqçu isə Bakıda «donuz qripi»ndən qorunmaq üçün maskalarda gəzənləri gördüyündən yazır, bir az da təəccüblənir: «Xaricdə küçədə maskalı adam görəndə düşünürsən ki, şüura bax ee, bizdə ömründə taxmazlar…Amma yox, xalqımızda bir az dərrakə var».

FARMAKOLOJİ FIRILDAQ: «DONUZ VƏ QUŞ QRİPİ»NDƏN SONRA «PİŞİK QRİPİ» PEYDA OLUB

Dərvişin hücrəsindən yazan istifadəçi pişiklərin də H1N1 virusuna yoluxduğunu yazır. Qeyd edir ki, ABŞ-da yaşayan 13 yaşlı pişiyin qrip tutduğunu veteranlar assosiasiyası da təsdiqləyib.Yazıda bəzi ilahiyyatçıların «donuz qripi»nin dərman şirkətlərinin uydurması olduğu, çaxnaşmadan istifadə edib «qaz vurub, qazan doldurmaq» istədiyi fikirləri də var.

AZƏRBAYCANIN QƏLBİNDƏKİ DAŞ

«Baş kardioloq İlham Əliyev ölkəmizin çoxdan məlum qəlb xəstəliyinə diaqnoz qoydu: «Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bircə bu neft daşını qəlbimizdən ata bilsəydik, sağalıb gül kimi ölkə olardıq». İlqar Məmmədov öz bloqunda belə yazır :

«Hə, mən dəlinin yadına bu iqtidar daş salmışkən, Araz Əzimov dünən deyib ki, ABŞ və Rusiya Qəbələ radarını birgə istifadəyə keçirsələr, İran onu vura bilər. Eynulla Fətullayev də eyni sözü deməmişdi bəyəm? Eyni sözə görə bir adama 8 il iş verirlər, digərini isə nazir yardımçısı vəzifəsində saxlayırlar. Bir daha yeri gəlmişkən: Eynullanın işində nazir Elmar Məmmədyarovun adı deyəsən, şikayətçi kimi gedir (deyir qorxutmuşdu Eynullanın yazısı məni). Araz Əzimovun bu sözlərindən sonra daha Eynullanı buraxmaq lazımdır: əvvəl də ayıb idi, indi lap ayıb!».

AZƏRBAYCANIN BİRİNCİ QANUNU

Doktor Ravik 7 noyabr postunu «Sovet İttifaqını diz çökdürən qüdrətli Azərbaycan xalqına ithaf etdiyini» yazır:

«Sovet hökuməti Azərbaycanda 4000-dən artıq məktəb tikmişdi. Harada? Azərbaycanda! Qoyun oğurlamağın, qız qaçırmağın kişilik sayıldığı bir ölkədə 4000 məktəb tikən hökumət məhvə məhkum idi. Bu boyda romantikanı tarix bağışlamaz. Bağışlamadı da. Siyasətdə romantikanın, sadəlövhlüyün yeri yoxdur...Nə isə. Sovet hökuməti məhv oldu. Azərbaycanlılara qarşı etdiyi haqsızlıqları tarix ona bağışlamadı ..

İnansanız da, inanmasanız da Azərbaycanda birinci qanun işləyir. Bu qanunu mən hətta dialektikanın dördüncü qanunu da adlandırmaq istəyirəm – çünki universaldır və azərbaycanlılara aid bütün proseslərdə son dərəcə aydın şəkildə meydana çıxır. Azərbaycanlılar Nyu-Yorkda getto halında yaşayıb Novruz bayramını qeyd edir, Sibirdə qızlarına cehiz yığır, Fransada toy, Türkiyədə isə alver edir, bir sözlə, öz milli-mənəvi dəyərlərini göz bəbəkləri kimi qoruyub saxlayırlar. Onlara qalib gəlmək, ram etmək, dəyişdirmək, başqa millətlər tərəfindən assimilyasiya etmək qeyri-mümkündür. Yunanlar, ərəblər, farslar, ruslar, ingilislər bu millətlə bacara bilmədilər. Yenə ermənilər hərdən dolmadan-zaddan oğurlayıb öz dini ayrı qardaşlarının əsəbləri ilə oynayırlar. Vəssalam. Qüdrətli və qədim xalqa bundan artıq ziyan vurmaq mümkün deyil».

HAMININ SÜRƏTLİ İNTERNET HÜQUQU VAR

Əli Novruzov yazır ki, Finlandiya hökuməti dünya tarixində daha bir presidentə imza atıb. Belə ki, bundan sonra Helsinki hər bir vətəndaşın yüksək sürətli internetə sahib olma hüququnu tanıyacaq. Daha doğrusu, elə bu hüququ rəsmi Helsinki özü təsis edib. Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyinin qərarına əsasən gələn ilin iyun ayından hər kəsin ən azı 1 meqabit internet sürətinə sahib olma hüququ olacaq:

«Təəccübləndiniz? Hələ bu harasıdır! 2015-ci il üçün Finlandiya hökuməti bu minimal həddi 100 meqabit səviyyəsinə qaldırmağa qərarlıdır. Sabir demişkən, əcnəbi göydə balonlarda gəzir…»

AZƏRBAYCAN DİASPORUNUN BOZBAŞ GECƏSİ

Azərbaycandiasporası adında istifadəçi Türkiyənin Cümhuriyyət bayramının bozbaş məclisi ilə qeyd edildiyindən yazır: «İqdır Mədəniyyətini Qoruma və Yaşatma Dərnəyi Cümhuriyyət bayramını bozbaş gecəsi ilə qeyd edib. Restoranda Murtuza Dedeinin hazırladığı bozbaş vətən həsrətində olan soydaşların xoşuna gəlib».
XS
SM
MD
LG