Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:24

«Məhkəmə açıq şəkildə sifarişli qərar çıxarıb»


«Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qarşı etiraz aksiyası, 1 sentyabr 2009
«Fatimeyi-Zəhra» məscidinin sökülməsinə qarşı etiraz aksiyası, 1 sentyabr 2009
Bakı Apellyasiya Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi haqda 2 saylı Yerli İqtisad Məhkəməsinin qərarını Suraxanı Rayon İcra Hakimiyyətinin heç biri sübuta söykənməyən sənədi əsasında qüvvədə saxladı. Bu sözləri AzadlıqRadiosuna «Fatimeyi-Zəhra» dini icmasının vəkili Rövşən Şirəliyev deyir. Vəkilin sözlərinə görə, məhkəmə açıq şəkildə sifarişli qərar çıxarıb:

İCRA HAKİMİYYƏTİNİN ƏLİNDƏ SÜBUT YOXDUR

«Biz vəsatət qaldırmışdıq ki, Bakı Apellyasiya Məhkəməsi torpaq kadastrı, ekspertizası keçirilsin, mübahisəli ərazilərə baxış keçirilsin. Suraxanı Rayon İH-nin əlində olan sübut yalnız 2002-ci il tarixli sərəncamdır. Orada göstərilir ki, 1,3 ha torpaq sahəsi İdman-Sağlamlıq Kompleksinin tikintisi üçün İH-nin daimi istifadəsinə verilsin. Ancaq o sənəddə konkret ərazi, koordinatlar göstərilməyib. «Fatimeyi-Zəhra» məscidinin tikilməsi haqda sərəncamda isə dəqiq ərazi, ünvan göstərilib. Ancaq ekspertiza keçirilmədi. Çünki bütün sübutlar bizim xeyrimizə idi. Qərar elan olunmazdan öncə 10 polis, 10 məhkəmə icraçıları proses salonuna çağırıldı. Artıq burdan bəlli idi ki, qərar bizim xeyrimizə olmayacaq.

Dindarlar etiraz edir
Gözlə
Embed

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

Vəkil onu da bildirir ki, qanunvericiliyə görə, Apellyasiya Məhkəməsinin qərarı 2 ay müddətində icra olunmalıdır. Bu müddət ərzində dini icma Apellyasiya Məhkəməsinin qərarını alıb ondan Ali Məhkəməyə şikayət etməyi düşünür.

Dini icmanın nümayəndələri bildirir ki, bütün hallarda hüquqlarının sonadək müdafiəsində və məscidin sökülməsinə imkan verməməkdə qərarlıdırlar.

QURBAN BAYRAMINDA MÜSƏLMANLARA «HƏDİYYƏ»

İlqar İbrahimoğlu
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin başçısı İlqar İbrahimoğlu isə deyir ki, məhkəmənin məscidin sökülməsi haqda qərarı Qurban bayramı ərəfəsində inanclı insanlar üçün təhqirdir:

«Hesab edirik ki, bu, həm hüquqi, həm də ictimai baxımdan baş verən böyük bir biabırçılıqdır. Məhkəmənin qərarı qanunsuzdur. Bunu inanclı insanların Qurban bayramı öncəsi təhqir edilməsi kimi dəyərləndirirəm. Görünür kimlərsə 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsini belə biabırçı halda sonlandrmaq istəyir. Cəmiyyətdə baş verənlərin bir-biri ilə birbaşa bağlılığı var. Bu fakt Azərbaycanda söz, vicdan azadlığı sahəsində böhranın daha da dərinləşdiyinin sübutudur».

Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bununla bağlı vətəndaş mövqeyini göstərməlidir.

«HALAL MƏSCİDƏ QADAĞA YOXDUR»

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin başçısı Hidayət Orucov isə mediaya açıqlamasında bildirib ki, bunda sonra ölkədə dini fəaliyyətlə məşğul olan qurumların bütün sənədləri qanunların tələbinə bütünlüklə cavab verməlidir. Məscid tikintisilə bağlı fikirlərini açıqlayan komitə sədri bildirib ki, ilk sırada məscid tikənlərin dinə yoxsa, siyasətə xidmət etmələri aydınlaşdırılmalıdır. Onun sözlərinə görə, halal, düzgün yolla məscid tikintisinə Azərbaycanda heç kim etiraz etmir.
XS
SM
MD
LG