Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:02

Tarixi memarlıq abidəsini sökməyə başladılar


«Neftçilər» prospekti 95/97 ünvanda yerləşən binanı 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib
«Neftçilər» prospekti 95/97 ünvanda yerləşən binanı 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib
Bakıda Qız qalasının yanında yerləşən tarixi memarlıq abidələrindən biri olan yaşayış binasının sökülməsinə başlanıb. Sakinlərin sözlərinə görə, iyirmi günə yaxındı binaya qaz-işıq verilmədiyi üçün evlərini tərk etməli olublar:

«Gəlib görmüşük ki, qapını sındırıb giriblər içəri. Pəncərələri, döşəməni qırıb söküblər;
Əgər bina qəzalıdırsa, onda bərpa eləsinlər. Biz də gözləyərik;
Bir üzü dənizə, bir üzü Qız qalasına baxır binanın. Buna gözləri düşüb…»

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov isə deyir ki, Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olmasıyla bağlı rəy verib.

«Rəyə bina tam qəzalı vəziyyətdədir, sökülməlidir. Qəti qərardır».

Sakinlərə mənzillərinin bir kvadratmetri üçün 2500 dollar təklif olunur, amma onlar bu məbləğin az olduğunu, heç cür razılaşmayacaqlarını deyirlər.

«Neftçilər» prospekti 95/97 ünvanda yerləşən binanı 1880-ci illərdə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tikdirib.

XS
SM
MD
LG