Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:53

Diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar


Bənənyar kəndi
Bənənyar kəndi
Bənənyar kənd sakinlərinin AzadlıqRadiosuna dediyinə görə, yanvarın 13-ü kənddə olan ABŞ diplomatları bir qrup şəxs tərəfindən təhqir olunublar. Onlara deyilib ki, kəndə qarışıqlıq yaratmaq üçün gəliblər.

Bənənyara səfər edənlər arasında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson da olub. Onlardan kəndi tərk etmək tələb olunub.

Mənbənin sözlərinə görə, diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar, hazırda kənddə zəhmətkeşlərin etirazlarını təşkil etmək üzrə iş gedir. Camaatı məktəbə yığıblar.

Kənd sakinləri deyirlər ki, qonaqlara etiraz edənlərin yalnız kiçik qismi Bənəniyar sakinləri olub. Onların arasında qonşu Əbrəqünus və başqa kəndlərdən gətirilən adamlar olub.

Kənddə Daxili İşlər naziri Əhməd Əhmədovun Bənənyara gələcəyi bildirilib.

ABŞ-ın Bakıdakı səfirliyi hələ ki, deyilənlərə münasibət bildirməyib.

Hüquq müdafiəçiləri isə belə xoşagəlməz vəziyyətlə üzləşməmək üçün Naxçıvana yanvarın 13-nə nəzərdə tutulan səfəri təxirə salıblar. Hüquq müdafiəçisi Səadət Bənənyarlı AzadlıqRadiosuna deyib ki, onlar səfərin gerçəkləşdirilməsi üçün Naxçıvandan rəsmi razılıq gözləyirlər. Hələ ki müraciətlərinə cavab verilmir. Razılıq almadan Naxçıvana edilən səfər isə, onun sözlərinə görə, pis nəticələnir.
XS
SM
MD
LG