Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:55

Vulkan təyyarə nəqliyyatını niyə dayandırır?


Təyyarələr vulkandan niyə "qorxmalıdırlar"?

Bunun əsas səbəbi vulkanın kraterindən püsküurən tüstünün tərkibidir. Vulkan tüstüsü atmosferin yuxarı qatına süşə qırıntılarını xatırladan mikroskopik zərrəciklər atır. Buna “vilkan buludları” da deyirlər. Təyyarəyə təhlükə kəsb edən də məhz bu zərrəciklərdir.

Təyyarənin radarı adi buludlardan fərqli olaraq vulkan “buludlarını” göstərmir. Ona görə də onlardan yan keçərək təyyarə marşrutu qurmaq mümkün deyil.

Vulkan “buludu” ilə fiziki təmasda olan təyyarəni aşağıdakı təhlükələr gözləyir

Zərrəçiklər kifayət qədər az temperaturda əriyirlər. Təyyarə mühərrikinin istisində onlar əriyib qətran halına düşür, mühərkin arxa çıxışında toplaşır, tezliklə tıxac effekti verərərk mühərriki “boğurlar”.

Vulkan zərrəşiklərinin təyyarənin korpusu ilə toqquşmasından əmələ gələn elektrik sahəsi təyyarənin radio-naviqasiya sisteminə mane olur.

Zərəcciklərin effekti sumbat kağızının (danışıqda russayağı “najdacka” adlandırılan) təsirini xatırladır və pilot kabinasınınnin pəncərə şüşələri elə çilalanır ki, şəffaflığını tamam itirir, təyyarəçilər faktiki olaraq pəncərədən heç nə görmürlər.

Təyyarənin salonunu təmiz hava ilə təmin etmək üçün onun gövdəsində xüsusi nasoslar quraşdırılır ki, kənardan içəri havanı çəksin. Vulkan zərrəçikləri bu nasosları sıradan çıxarır, nəticədə təyyarə salonunda nəfəs almaq çətinləşir.

Dünya mətbuatı və informasiya agentliklərinin məlumatları əsasında tərtib edilib
XS
SM
MD
LG