Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

Aksiyaçı: «72 yaşlı qadını gözümüzün qarşısında sürüdülər»


15 may aksiyası
15 may aksiyası
«Bu dəfəki aksiyada xüsusi qəddarlığın şahidi olduq. 72 yaşlı qadını gözümüzün qarşısında sürüdülər».

«Azadlıq» blokunun mayın 15- i aksiyasında iştirak etmiş AXCP Ali Məclisinin sədr müavini Gözəl Bayramlı AzadlıqRadiosunun «İşdən sonra» proqramında belə deyib.

Verilişdə iştirak edən AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova isə bildirib ki, bu aksiyada da mülki geyimli polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər. O, zorla saxlanıldıqlarını və polis məntəqəsinə aparıldıqlarını bildirib:

«Polis məntəqəsində qadınlara içməli su da vermədilər».

Hüquqşünas Müzəffər Baxışov isə deyib ki Azərbaycan qanunvericiliyinə görə toplaşmaq üçün icazə alınmamalıdır. Sadəcə, 5 gün əvvəldən icra orqanları aksiya ilə bağlı xəbərdar edilməlidir. Hüquqşünas bildirib ki, aksiyalarla bağlı icra orqanlarına verilən səlahiyyətlər qanunsuzdur.

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə bu aksiyaların hakimiyyət üçün təhlükə doğurmadığını söyləyib: «Çünki bu aksiyaların miqyası o qədər də böyük deyil».




HƏMÇİNİN OXU

«AZADLIQ» BLOKUNUN ETİRAZ AKSİYASI

BEYNƏLXALQ QURUMLAR NİYƏ SUSUR?
XS
SM
MD
LG