Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:16

Hacıqabul rayonunun Meyniman kəndində 4 nəfər su altından çıxarılıb


Mayın 23-də saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlayıb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və texnikası dağılan bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb.

Sel sularının əhatəsində qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilib.

FHN-nin Mülki Müdafiə qoşunları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyə edilib. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalıb.

Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.
XS
SM
MD
LG