Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:44

İlham Əliyev Obamaya məktub yazacaq


İlham Əliyev İstanbulda jurnalistlərin suallarını cavablandırır
İlham Əliyev İstanbulda jurnalistlərin suallarını cavablandırır
Azərbaycan prezidenti İlham Əliyev amerikalı həmkarı Obamaya cavab məktubu yazacaq.

Bu barədə prezident İstanbul sammitində jurnalistlərin suallarını cavablandırarkən deyib.

«Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcək. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Məktubda sadalanan bütün istiqamətlər üzrə Amerika ilə Azərbaycan arasında əlaqələrin çox böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi var. Həm sülhməramlı əməliyyatlarda rolumuz, enerji sahəsində təşəbbüslərimiz, - hansılar ki, bax bugünkü sazişin də imzalanmasına gətirib çıxardı, - bütövlükdə Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmış enerji siyasətimiz dünyanın enerji xəritəsini dəyişdirdi. Yəni, bunu biz etdik və bu gün biz bu müsbət təcrübə əsasında digər layihələr ətrafında çalışırıq və işləyirik.
Amerika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik.

Məktub çox xoşniyyətlidir. Biz məktubda göstərilən bütün məsələlər ətrafında gələcək əməkdaşlığımızı davam etdirəcəyik».

Barak Obamanın İlham Əliyevə məktubu
nu ABŞ-ın müdafiə naziri Robert Qeyts gətirib.
XS
SM
MD
LG