Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:02

Səlahiyyətli nümayəndə döyüldüyünü deyir /saat 15:00-18:00/


SEÇKİ PROSESİNİ FOTOLARDA İZLƏYİN

CANLI EFİRİ DİNLƏ (SƏSVERMƏDƏN SON XƏBƏRLƏR, POZUNTULARIN MÜZAKİRƏSİ)

ƏLİ ƏLİYEVİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ DÖYÜLÜB

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd "İnsan Naminə" seçki blokunun bu dairədən vahid namizədi Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əfqan Məmmədov döyülüb. O özü bu haqda AzadlıqRadiosuna məlumat verib:

“20 saylı məntəqədə təkrar səs verən, ATS-də çalışan xanımları çəkirdim. Bu dəfə arxadan məşvərətçi səs hüquqlu müşahidəçilərdən biri mənə yumruq, təpik vurdu. Üzüm şişib. Alnım cızılıb. Kostyumum cırılıb. Polis də burdadır, heç nə etmir. Məntəqə sədri də onu kimi. Vəziyyət çox pisdir”.

5 saylı məntəqədə məşvərətçi səs hüquqlu komissiya üzvü Səxavət Soltan isə ordan uzaqlaşdırılıb.

Səxavət Soltanın sözlərinə görə, eyni anda məntəqəyə təxminən yüzə qədər seçici gəlib və o onların kimliyi ilə maraqlananda məntəqə sədri polisi çağırıb:

“Onlar məni uzaqlaşdırmağı əvvəldən planlaşdırmışdılar. Əllərində komissiya üzvlərinin imza atdığı, möhürlənmiş akt vardı. Beş nəfər polis gəldi və məni sürüyə-sürüyə çıxartdılar. Məni çıxaranda həmin yüzə qədər “seçici” qutulara bülletenlər atdılar. Onlar heç bir sənədə imza atmadılar. Sonra öyrəndik ki, onların yerinə komissiya üzvləri özləri imza atıblar. Həmin adamlar 5, 6, 7 saylı məntəqələrdə də bu qaydada səs veriblər. Etibar Hüseynovun (sözügedən dairədən namizəd) adamları isə çöldə seçiciləri yönləndirirdi. Polis də məntəqənin 50 metrliyində durmuşdu”.

15 saylı Yasamal birinci Dairə Seçki Komissiyasının sədri Sərdar Süleymanov isə deyir ki, deyilənlərdən xəbərsizdir. Ona məlumat verilsə, araşdıracaq. O ki qaldı, Əfqan Məmmədovun döyülməsinə, sədr sual edir:

“Ona kim icazə vermişdi qadınların şəklini çəksin? Bəs referendumdan sonra bu qadağan olunmayıb?”.

BİR NEÇƏ SEÇİCİ ADİNİ SİYAHIDA TAPA BİLMƏYİB


Azadlıq Radiosunun müxbiri Kəbiran Dilavərli 17-ci Yasamal seçki dairəsinin 24 saylı məntəqəsində səsvermə zamanı 1 kabinəyə 2 nəfərin birdən girdiyini müşahidə eidb.

Bu məntəqədə də müşahidəçilər seçkinin gedişini izləmək üçün onlara lazımınca şərait yaradılmamasından şikayətləniblər.

Həmçinin 15 saylı Yasamal seçki dairəsinin 2 və 3 saylı məntəqələrində bir neçə seçici adlarının seçki siyahısında olmaması və ya siyahıda ümumiyyətlə onların yerinə başqa adamların adının yazılmasından şikayətləniblər.

Bu məntəqılərdə də müşahidəçilər müxbirimizə onlara lazımınca şərait yaradılmadığını və prossesi gənardan izlədiklərini deyiblər.

15:00-A OLAN MƏLUMAT: 37,96 FAİZ


MSK saat 15:00-a olan məlumatları açıqlayıb. Bu saata qədər seçicilərin 37,96 faizi seçkilərdə iştirak edib. Bu isə seçicilərin 1. 877 517-i deməkdir.

Ən fəal dairə 14 saylı Xəzər 2-ci seçki dairəsidir, 61.29 faiz.

Ən passiv dairə 22 saylı Nəsimi 2-ci seçki dairəsidir, burda seçicilərin 13.26 faizi, yəni 5466 adam seçkilərə qatılıb.

NAMİZƏDİN VƏKİLİ POLİS İDARƏSİNDƏ SAXLANIR

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Rəşid Abbasov deyir ki, vəkili Quliyev Siyasəddin Paşa oğlu 7 saylı məntəqədə rast gəldiyi qanun pozuntularına etiraz etdiyi üçün polis idarəsinə aparılıb:

- Qanun pozuntularına etiraz etdiyi üçün sədr polisi çağıraraq onu idarəyə apartdırıb. Seçki prosesi çox ciddi qanun pozuntuları şəraitində keçir. “Karusel” şəklində camaatı seçkilərə gətirirlər. Dairədə qeydiyyatda olmayan seçicilər gəlib səs verir. Mənim vəkilim hələ buraxılmayıb, bəlkə seçkidən sonra buraxacaqlar. Ondan sonra gec olacaq.


Sözügedən dairənin 7 saylı seçki məntəqəsinin sədri Lütfi Səfərov isə deyir ki, namizədin vəkili asayişi pozub, məntəqə üzvlərini işinə müdaxilə edib:

- Abbasov Rəşidin səlahiyyətli nümayəndəsi məntəqə üzvlərinə maneçilik törətməyə başladı. İki dəfə xəbərdarlıq olundu. Aktlaşdırdıq, protokol yazdıq. Məntəqədə asayişi qorumaq üçün polisə müraciət etdik. Dairə seçki komissiyasına dedik.

ŞƏKİ DAİRƏSİDƏ QARŞILIQLI İTTİHAMLAR


Sahib Kərimov
113 saylı Şəki şəhər seçki dairəsindən “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Sahib Kərimov məntəqələrdə baş verən qanunsuzluqlardan şikayətlənir. O iddia edir ki, sözügedən dairənin 9, 11 və 27 saylı məntəqələrində seçicilərə YAP namizədi Yaqub Mahmudova səs vermələri üçün təzyiqlər olunur. 25 saylı seçki məntəqəsində eyni adamların bir neçə dəfə səs verməsi, tələbələrin “karusel”ə cəlb olunması müşahidə olunur. Müşahidəçilərə təzyiq edilir.

113 saylı Şəki şəhər seçki dairəsinin sədri Rəhman Qədirzadə isə deyir ki, Sahib Kərimovun seçki ilə bağlı şikayətləri rəsmən komissiyaya daxil olmayıb.

Sədrin sözlərinə görə, Kərimovla bağlı bir rəsmi şikayət daxil olub ki, bu da deputatlığa namizədin tərəfdarlarının Qoxluq kənd əhalisinə zəng edib onları Sahib Kərimova səs verməyə çağırmaları ilə bağlıdır.

Sahib Kərimov isə bu iddianın əsassız olduğunu bildirdi. Yaxın saatlarda isə baş verənlərlə bağlı DSK-ya rəsmi müraciət edəcəyini dedi.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG