Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:10

Prezidentin qızı “Kriminal baronessa” kimi təqdim olunur


Gülnarə Kərimova
Gülnarə Kərimova
WikiLeaks-in, Amerikanın diplomatik yazışmaları haqda yaydığı son məlumatda deyilir ki, Özbəkistanda “korrupsiya tüğyan edir”, ölkə başçısı İslam Kərimovun qızı isə “ən nifrət edilən şəxsdir”.

Bu barədə “The Guardian”a istinadən, “The Daily Mail” xəbər verir.

Sənəddə qeyd edilir ki, Gülnarə Kərimova, şübhəli üsullarla ölkədəki bütün gəlirli şirkətləri ələ keçirib.

Atası tərəfindən diplomatik status almış, 38 yaşlı Gülnarə Kərimova, sənəddə “kriminal baronessa” kimi qələmə verilir.

Kərimova əsasən Cenevrədə (İsveçrə) və ya İspaniyada yaşayır. Ona məxsus “Zeromax” holdinq də İsveçrədə qeydiyyatdadır.

Diplomatlar deyirlər ki, o yerli mafia başçısı ilə, neft müqavilələrini əldə etmək haqda saziş bağlayıb.

POP MÜĞƏNNİ, DİZAYNER VƏ....

Həmçinin bir amerikalı iş adamı danışıb ki, o Gülnarə Kərimovaya, özünə məxsus telekommunikasiya şirkətinin səhmlərini satmaqdan imtina etdikdən sonra şirkətə aid tezliklərdə maneələr əmələ gəlməyə başlayıb.

Gülnarə Kərimova həm də pop müğənni, zərgər dizayner və Daşkənd Universitetinin dünya iqtisadiyyatı və diplomatiya üzrə professorudur.

Gülnora Karimova Daşkənd Moda həftəliyində, sağda məşhur rok müğənnisi Sting
Britaniyanın Özbəkistandakı səfiri Rupert Coy Gülnarənin imicinin artmasına kömək edərək moda nümayişi zamanı onunla birlikdə podiuma çıxdıqdan sonra hüquq müdafiəçilərinin kəskin tənqidinə tuş gəlib.

“Birinci Qız” səhər saat 3-də, Özbəkistanda qadağan olunmuş, xarici alkoqol satılan partidə nəzərə çarpıb.

Teleqramda deyilir:

“Özbəklərin çoxu Kərimovanı acgöz və tamahkar hesab edir. O atasını biznesmenləri və yolunda duran hər kəsi aradan qaldırmaq üçün istifadə edir. O ölkədə ən nifrətedilən adamdır”.

ÖZBƏKİSTANDA KORRUPSİYA TÜĞYAN EDİR

Sənədlərdə deyilir ki, Özbəkistanda korrupsiya tüğyan edir, hakimiyyət isə mütəşəkkil cinayətkarlıqla bağlıdır.

Sənədlərdən görünür ki, ABŞ səfirliyi Kərimov hökuməti ilə bir o qədər də sadə münasibətdə deyil.

Özbəkistan Amerika ilə Əfqanıstan arasında tranzit rolu oynayır. Diplomatlar bildirirlər ki, keçən il ABŞ Dövlət katibi Hillary Klinton, özbək hüquq müdafiəçisi Mötəbər Tajibayevi mükafatlandırdıqdan sonra, Kərimov amerika səfirini tranzit yolu bağlamaqla hədələyibmiş.

Səfir Norland Kərimovu sakitləşdirə bilib, lakin Vaşinqtona xəbərdarlıq edib ki, “Kərimova təzyiq, tranzit yolun bağlanması ilə nəticələnə bilər”.
XS
SM
MD
LG