Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:34

Fövqəladə vəziyyət?


Əshabəli Mustafayev
«Hüquq pozuntuları tanınmalıdır».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Əshabəli Mustafayev son vaxtlar ölkədə gənclərə qarşı yönəldilən həbs dalğasına və bu həbslər zamanı yol verilən qanun pozuntularına münasibət bildirərkən belə deyib. Onun fikrincə, bu hüquq pozuntularının tanınması həm hüquq mühafizə orqanlarının özünə, həm də ictimaiyyətə lazımdır:

«Hüquq-mühafizə orqanları gələcəkdə bunun qarşısını almaq, öz əməkdaşlarının belə pozuntulara yol verməməsi üçün tədbirlər görməlidirlər. İctimaiyyət isə ona əmin olmalıdır ki, hüquq-mühafizə orqanları tərəfindən onun hüquqlarının pozulmasına yol verilməyəcək. Yol verilərsə, məhkəmələr onların hüquqlarını təmin edəcəklər».

Hüquqşünas deyir ki, son həbslərin ssenarisinə baxdıqda, eyniliklə yanaşı xeyli qanun pozuntusu görmək mümkündür. Məhkəmələr isə bu pozuntulara fikir vermədən qərar çıxarır:

«Bu bizim qanunvericilikdə işlənmiş məsələlərdir ki, saxlanılmış şəxsə özlərini təqdim edirlər və nə üçün saxlandığını bildirirlər, onun hüquq və vəzifələrini başa salırlar, sonra da ona vəkil təqdim edirlər. SON HƏBSLƏRİN HAMISI EYNİ SSENARİ İLƏ GEDİR. Cabbar Savalanı da tutanda, kim tutub, nə üçün tutub bilinmədi. Bir neçə saat evdəkilər bilmədilər ki, haradadır. Gecə ilə dindirdilər, vəkillə təmin etmədilər. Vəkil gedir, deyirlər ki, bazar günüdür. Amma özləri gecə saat üçdə saxlanılanı dindirirlər. Eyni şey Dəyanətin həbsində də təkrarlandı. 2 gün heç kimin xəbəri olmayıb ki, o, haradadır».

Hüquq müdafiəçisi Leyla Yunus son həbslər zamanı insanların saxlanmasını həbs deyil, onların girov götürülməsi hesab edir:

Leyla Yunus
«İnsan hüquqları və qanunu pozurlar və bir yerdən hər şey idarə olunur. Mən deyərdim ki, bu, həbs deyil. BU, VƏTƏNDAŞLARIN GİROV GÖTÜRÜLMƏSİDİR, OĞURLANMASIDIR. Çünki Azərbaycanda kriminal yoxdur. Azərbaycan korrupsiyalı kriminal dövlətdir. Bütün cinayətkarlar dövlət adamlarıdır, polisdə, MTN-də işləyənlərdir. Onlar adamları oğurlayırlar, girov saxlayırlar. Ondan ötəri pul istəyirlər. Onlar adamları döyürlər, işgəncə verirlər, öldürürlər. Bu cinayət sisteminin bir qolu da məhkəmələrdir».

ELAN OLUNMAMIŞ FÖVQƏLADƏ VƏZİYYƏT...

Leyla Yunusun fikrincə, hakimiyyət gənclərdən ehtiyatlanır:

«Vətəndaşlardan qorxurlar, çəkinirlər. Nə vaxt Azərbaycan gəncləri qanunu tələb edirlər, konstitusion haqlarını tələb edirlər, bu dövlətdə işləyən kriminallar onlara qarşı bu repressiya mexanizmini həyata keçirirlər».

Hüquq müdafiəçisi bildirir ki, gənclərin bu ssenari ilə həbsi Azərbaycanda elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyünü deməyə əsas verir:

«Mitinqə çıxmaq onların konstitusion haqqıdır. Bu cavanları tutmaq, qorxutmaq, qanunsuz qazamatda saxlamaq ancaq onu göstərir ki, bu gün rejim bu cavanlardan çəkinir, qorxur və elan olunmamış fövqəladə vəziyyət həyata keçirirlər».

XS
SM
MD
LG