Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:11

Gənclər siyasi məhbuslar haqda...


Gənclər siyasi məhbuslar haqda...
Gözlə

No media source currently available

0:00 0:50:48 0:00
Direct-ə keçid

Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» qrupunun təşkilatçısı, jurnalist Turan İbrahimov bu barədə danışırlar.

Əbülfəz Qurbanlı
Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin üzvü, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» qrupunun təşkilatçısı, jurnalist Turan İbrahimov bu barədə danışırlar.

Əbülfəz Qurbanlı:

- «Hazırda 10-a yaxın gənc siyasi-ictimai fəaliyyətinə görə həbsdədir. 2005-ci ildən indiyədək xeyli sayda gənc müxtəlif dövrlərdə, müxtəlif formada təzyiqlərə məruz qalıb. Xeyli sayda gənc ali məktəblərdən qovulub. Gəncliyin kifayət qədər sosial problemləri var, dəfələrlə biz bu problemləri sadalamışıq. Nəhayət ki, bu yaxınlarda ölkə başçısı özü də bu problemlərin olduğunu etiraf etdi və bir yeni proqramın hazırlanması məsələsi ortaya çıxdı. İndiyə qədər biz bu problemləri deyirdik, bizim opponentlər isə deyirdi ki, bu problemlər yoxdur, siz bu məsələləri həddindən artıq şişirdirsiniz, ağa qara deyirsiniz, bu problemlər əslində, yoxdur. Gənclər haqqında proqramın hazırlanması göstərdi ki, əslində problemlər var və onun aradan qaldırılması üçün hakimiyyət cəhdlər etməyə başlayıb».

Turan İbrahimov:

- «Biz indi iqtidarda olan, hakimiyyətdə olan qüvvələri Azərbaycan Respublikasının bugünkü və bundan sonrakı nailiyyətlərinin davamlılığının qarantı sayırıq. Biz Azərbaycan Respublikasının, Yeni Azərbaycanın qurucusunun ulu öndər Heydər Əliyev olduğunu düşünürük. Onun qoyduğu siyasi kursu da ən ideal şəkildə davam etdirəcək şəxslər də indi iqtidardadırlar. Buna görə biz bunu dəstəkləyirik. Müxalifətin fitrətindən irəli gələn bir şeydir ki, o, etiraz etməlidir, alternativ ideyalar irəli sürməlidir».

Dinləyici:

Turan İbrahimov

- «Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdirsə, onda Məmməd Əmin Rəsulzadə kimdir?»

Turan İbrahimov:

- «Tarixi nöqteyi-nəzərdən yanaşsaq, M.Ə.Rəsulzadə və onun ətrafında olan insanlar Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Müstəqilliyi və süqutu məlum olan bir cümhuriyyətin. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra yeni bir Azərbaycanın quruculuğu başladı və bu gün də həmin o özülün üzərindədir. Ulu öndər Heydər Əliyevi müasir Azərbaycanın qurucusu sayırıq».

Əbülfəz Qurbanlı:

- «Əlbəttə ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevdir. Ölkə korrupsiya siyahılarına başçılıq edir, jurnalistlər həbs olunur, 2009-cu ildə ali məktəblərə sənəd verənlərin 50 faizi 200-dən artıq bal toplaya bilməyib - bütövlükdə ölkədə olan həm mənəvi, həm maddi problemlərə cavabdeh əlbəttə, Heydər Əliyevdir. Bu gün 10 gənc həbsdədir. Bunun da səbəbkarı məhz Heydər Əliyevdir. Bizim bütün problemlərin yaradıcısı, müəllifi Heydər Əliyevdir».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG