Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:55

Dövlətin pulu hara gedir?


Oktay Haqverdiyev
Oktay Haqverdiyev
İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı və Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oktay Haqverdiyev bu barədə danışırlar

Oktay Haqverdiyev:

Son illər ilin ortasında büdcəyə yenidən baxılır. Amma başqa ölkələrdə olduğu kimi azalmır. Büdcə artırılır. O da bilavasitə neftin qiymətindən asılı olan bir məsələdir. Ona görə o demək deyil ki, bizdə hansısa ayrı sahələrdə böyük nailiyyətlər olub, onun hesabına büdcə artır. Büdcənin formalaşmasında əsasən vergilərin yığılması və gömrükdəki rüsumlar iştirak etməlidir. Bu il üçün 60 dollardan götürülmüşdü neftin bir bareli, amma birinci rübdə dünya bazarında bu qiymət 90, sonrakı dövrdə isə 100 dolları keçdi və buna görə də büdcəyə gəlirlər daha çox oldu. Ümumiyyətlə büdcənin formalaşması Azərbaycanda qeyri-adidir. Digər ölkələrdə olduğu kimi deyil. Bu gün biz büdcəyə baxanda görürük ki, büdcəyə gəlirlərin 70 faizi neft sektorundan gəlir. Belə çıxır ki, neftin qiyməti 2009-cu ildəki kimi 30 dollara düşsə, deməli biz büdcəni yerinə yetirə bilməyəcəyik.

Məhəmməd Talıblı:

May ayında büdcəyə əlavə və dəyişiklik edilməsi artıq bir tendensiya halını alıb. O baxımdan burada təəccüblü bir şey yoxdur. Əslində isə büdcəyə yenidən baxılması bir neçə ciddi faktor vardı. Birincisi büdcədə neftin barelinin proqnozlaşdırma siyasətinin düzgün həyata keçirilməməsidir. Neft fondundan büdcəyə transferlərin həcminin artması da ildən-ilə bir ənənə halını alıb. O baxımdan neft fondunda vəsaitlərin sürətlə büdcə vasitəsilə xərclənməsinin arxasında başqa siyasət durur. Bu siyasət ondan ibarətdir ki, neft fondu ilə bağlı hesablama palatasının rəy aparması mümkün olmayıb. Bu anormal haldır. Çünki bu vəsaitlər ictimai vəsaitlərdir. İctimai vəsaitlər üzərində həmişə ictimai nəzarət və rəsmi dövlət nəzarəti olmalıdır. Bu nəzarətdən kənarda olan neft pullarının və digər ictimai vəsaitlərin idarə olunmasında hər zaman risklər, təhlükələr və korrupsiya meylləri durmaqda davam edəcək. O baxımdan birinci biz ondan başlamalıyıq ki, hesablama palatasının büdcədən kənar fondlar üzərində nəzarət mexanizmləri gücləndirilsin. Eyni zamanda neft fondu ilə bağlı belə bir rəyin verilməsi mümkün olsun.

Məhəmməd Talıblı:

Azərbaycanda elə müəssisələr var ki, onlara xərclərin ayrılması da heç bir məntiqlə izah oluna bilmir. Məsələn bir neçə nümunə deyim: Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının maliyyələşməsinə əlavə 2 milyon manat tələb olunduğu halda 4,3 milyon manat ayrılıb.

Məhəmməd Talıblı

Oktay Haqverdiyev:

Onun rektoru var axı....

Məhəmməd Talıblı:

Bəli, bəli. Sonra Azərbaycan Diplomatik Akademiyası üçün yer ayrılmadığı bir halda ora 4, 4 milyon manat ayrılıb.

Xədicə İsmayılova:

Xatırladım ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevdir.

Məhəmməd Talıblı:

Bu onu göstərir ki, büdcənin xərclənməsində də yenə ailə maraqları prioritet götürülür.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG