Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:32

ABŞ bəzi Rusiya məmurlarının adını «qara siyahıya» salıb


Sergei Magnitsky
Sergei Magnitsky
-
Rusiyada həbsxanda vəfat edən vəkil Sergei Magnitskynin işi ilə əlaqəsi olan məmurlar ABŞ-ın “qara siyahısına” salınıb. Onlara ABŞ-a səfər üçün viza verilməyəcək. Konqresdən AzadlıqRadiosuna bildirilib ki, dövlət katibi Hillari Klinton "Sergey Maqnitskynin ölümü ilə bağlı fərdlərin ABŞ-a səfər etməsini qadağan etmək üçün qəti tədbirlər görüb".

Bununla belə, Obama administrasiyası Vaşinqtonu ölçü götürülməsi ilə bağlı konqresmenlərin çağırışlarını ehtiyatla nəzərdən keçirir ki, Moskva ilə əlaqələrini yenidən korlamasın.

Administrasiya Senatın qərarını gözləmədən bu addımı atıb. Senatda hazırlanan qanun layihəsinə isə həm viza qadağası, həm də məmurların hesablarının dondurulması daxil edilib. Qanun layihəsində həm də ABŞ-ın buna oxşar bütün hadisələrlə bağlı ABŞ-ın eyni addımları atmasını nəzərdə tutur. Layihədə 60-a yaxın rusiyalı məmurun adı keçir.

ABŞ rəsmiləri “The Washington Post”a bildiriblər ki, “qara siyahı” Senatın qərar layihəsindəki 60 nəfəri tam əhatə eləmir.

“Vəkilin ölümündə adı hallananalar karyeralarında irəli addımlayırlar”

Bu siyahını ilk dəfə “Hermitage Capital” investisiya kompaniyasının rəsmisi William Browder tərtib edib. Serget Magnitsky həmin şirkətin şirkətin əməkdaşı olub. Vəkilin ölümündən sonra buna bais olan məmurlar Rusiyada cəzasız qalıblar və Browder kənarda məhkəmə axtarıb.

O, AzadlıqRadiosunun Rusiya xidmətinə müsahibəsində deyir:

- Fikirləşirəm ki, indiki halda Rusiya sanksiyadan qaçmaq üçün ölümdə və işgəncədə əli olanlara qarşı heç nə edə bilməyəcək. Digər hadisələr baş verməməsi üçün öz məhkəmə sistemlərində islahatlar apara və o adamları məsuliyyətə cəlb edə bilərlər. Hesab edirəm ki, ABŞ-ın “bu adamların – qatil və işgəncə verənlərin bizim ölkəyə daxil ola bilməyəcəklər” deməsi azdır. Rusiyada bu adamlar dövlət vəzifələrində irəli çəkilirlər və demək olar ki, cinayətlərinə görə cəzasız qalırlar.

Vəkilin ölümünün əks-sədası
37 yaşlı Magnitsky 2008-ci ildə həbsindən qabaq Rusiyanın Daxili İşlər Nazirliyini, Federal Təhlükəsizlik Xidmətini və digər rəsmiləri xüsusi sxemlə 230 milyon dollar büdcə vəsaitini mənimsəməkdə ittiham etmişdi.

Bundan sonra vəkil həbs olunmuş və 11 aydan sonra ölmüşdü. Hüquq müdafiəçiləri onun ölümünə səbəb kimi ehtiyac duyduğu tibbi xidmətlə təmin edilməməyini göstərirlər. Magnitskynin ölüm səbəblərini araşdıran Kreml yanında Hüquq Müdafiəçiləri Şurası hesabatında bildirir ki, vəkil ölümündən əvvəl mütəmadi işgəncəyə məruz qalıb.

Beynəlxalq təpkilər nəticəsində prezident Medvedev 20 həbsxana məmurunu işdən azad edib.

Ötən həftə iki məmurla bağlı cinayət işi qaldırılıb.

Prezident administrasiyası Rusiya ilə münasibətləri pozmaqdan çəkinir?



Vaşinqtonda yerləşən beyin mərkəzi - Karnegi Fondunun Rusiya və Avrasiya Proqramının direktor müavini Matthew Rojansky deyir ki, Obama administrasiyası viza qadağası qoyarkən öz maraqlarını diqqətlə balanslaşdırır. Onun fikrincə, administrasiya bu addımı ilə istəyib ki, Maqnetskynin işini “Konqresin əlindən çıxarsın”, Rusiya ilə arasındakı münasibətlərə daha ciddi zərər dəyməsin.

- Administrasiya ehtiyac görmür ki, Konqres kimin viza qadağası ilə üzləşdiyini açıqlasın. Bunu özü edə bilər. İstəmir ki, bu məsələ ictimailəşsin. Ümumiyyətlə, administrasiya istəmir ki, Konqres Rusiya ilə münasibətlərin həssas məqamında məsələyə müdaxilə etsin.

“The Washington Post” isə bu qərarın Rusiya ilə münasibətləri poza biləcəyini ehtimal edir. Qəzet yazır ki, ABŞ-la Rusiyanın Əfqanıstanla bağlı əməkdaşlığı təhlükə altına düşə bilər.

“Hermitage Capital”ın rəsmisi William Browder isə hesab edir ki, ABŞ-ın davranışı Avropa Birliyi, Kanada, Niderland və digər ölkələr üçün nümunə sayıla bilər və o ümid edir ki, digər ölkələr də analoji addım atacaqlar.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu addımın qanunsuz olduğu bildirilir. Nazirlik Birləşmiş Ştatları istintaqın gedişi və məhkəmə orqanlarına təzyiq göstərməkdə ittiham edir.

XS
SM
MD
LG