Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:26

Urmiyə gölünün qurumasına etiraza çağıran 13 fəal həbs olunub


Urmiyə gölü
Urmiyə gölü
İrandakı Azərbaycanlı Siyasi Dustaqların Müdafiəsi Assosiasiyası (İASDMA) bildirib ki, Urmiyə gölünün qurumasına etiraz olaraq sentyabrın 19-da Ərdəbildə nümayişə çağırmağa görə azərbaycanlı fəallar həbs olunublar.

Sentyabrın 14-də nümayişə çağırış vərəqləri yayan 13 adam tutulub.

Bir tələbə fəalı və bir keçmiş siyasi məhbus isə bir neçə gün əvvəl həbs olunublar.

Fəalların dediyinə görə, belə getsə Urmiyə gölü 3 il ərzində tam quruya bilər.

İranlı ətarf mühit eksperti Esmail Kahrom Fərda Radiosuna deyir ki, gölün qurumasına səbəb gölə tökülən çaylarda su-elektrik stansiyalarının tikilməsidir.

Urmiyə gölünü su ilə qidalandıran 21 çayda 35 belə stansiya tikilib, 10-nu da tikilməkdədir.

Azərbaycanlı fəalların etiraz nümayişləri İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində olub. Hakimiyyət nümayişləri zor gücünə dağıdıb. Onlarla nümayişçi tutub.
XS
SM
MD
LG