Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:36

ABŞ səfiri İranda baş verənlərə münasibət bildirib


Matthew Bryza
Matthew Bryza
ABŞ Konqresində İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun layihəsi nəzərdən keçirilir.

ABŞ-ın Azərbaycandakı səfiri Mattew Bryza jurnalistlərə bildirib ki, burada spesifik elementlər var, bunlara xüsusi diqqət yetirilməlidir:

«Biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına çox diqqət yetiririk».

M.Bryza İranda ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya səfirliyinə qarşı törədilənlərlə bağlı bunları deyib:

«Böyük Britaniyanın öz diplomatlarını İrandan çıxarması və Britaniyadakı İran səfirliyinin bağlanması barədə verdiyi qərar məsələnin ciddiliyinə dəlalət edir. 23 illik diplomat karyeramda çox az sayda belə hallara təsadüf etmişəm ki, ev sahibi olan ölkə öz ərazisində yerləşən xarici ölkənin səfirliyinin bağlanması haqqında qərar verir».

Noyabrın 30-da Böyük Britaniya ölkədəki İran səfirliyini bağlayıb və İranlı diplomatlara ölkədən çıxmaq üçün 48 saat vaxt verib.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, bu, Tehrandakı Britaniya səfirliyinə hücuma cavab tədbiridir.

«SENAT KONQRES TƏTİLƏ ÇIXMAZDAN ƏVVƏL QƏRAR VERƏCƏK»

«Prezident Barack Obama ABŞ Senatı qarşısında Azərbaycana səfir təyin olunmağımla bağlı ikinci dəfə namizədliyimi irəli sürüb. Senatın qərarını gözləyirəm».

M.Bryza ABŞ-da demokratik səlahiyyətlər çərçivəsində hər qurumun öz rolunun olduğunu xatırladıb:

«Bunun mənimlə bağlı məsələdə özünü təzahür etməsinin şahidi oluruq. Senat Konqres tətilə çıxmazdan əvvəl qərar verəcək. Lakin bunun dəqiq vaxtı hələ məlum deyil».
XS
SM
MD
LG