Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:00

Qubanın sabiq icra başçısının çıxışı kimə ünvanlanıbmış? [Video]


Qubada son vəziyyət
Gözlə
Embed

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid
«Martın 13-də axşam işdən gəldi, elə peçin yanında oturmuşdu, zəng gəldi. Dedi ki, yuxarı təşkilatlara çağırırlar. O gedən getdi, bir də qayıtmadı».

74 yaşlı Fiyəddin Qonaqov Qubanın «Xəyal» televiziyasının martın 13-də həbs edilən icraçı direktoru Vüqar Qonaqovun atasıdır. O, oğlunun həbsindən sonra iki dəfə infarkt keçirib, sol əli iflic olub. İndi Vüqarın azyaşlı uşaqları və bütün ev bu yaşlı və xəstə atanın öhdəsinə qalıb:

«Gündə 4 dəfə dərman atıram, onunla yaşayıram, infarkt keçirmişəm, ürəyimdə ciddi problem var. Vüqarın da arxasınca gedə bilmirəm, qorxuram elə yolda qalım».

JURNALİSTİN HƏBSİNDƏN SONRA AİLƏSİNDƏ YARANAN PROBLEMLƏR

Biz Vüqar Qonaqovgildə olanda, atası Fiyəddin kişi 3 yaşlı nəvəsi Zülfüqarı yatızdırırdı. Dediyinə görə, Vüqarın böyük övladı Bakıda kollecdə oxuyur, atasının həbsindən də xəbərsizdir. Amma kənddə olan iki nəvəsi hər gün atalarını istəyir. Fiyəddin Qonaqov deyir ki, Vüqarın hara aparıldığı, niyə aparıldığı onlara tam bəlli olmadığı üçün heç uşaqlara da normal bir söz deyə bilmirlər:

Fiyəddin Qonaqov nəvələri ilə
Fiyəddin Qonaqov nəvələri ilə
«Bilirsiz, martın 1-də Qubada hadisə olanda, Vüqar Bakıda olub, heç rayonda da olmayıb. Mən də həmin gün kənddə yas yerində idim».

«EVDƏ AXTARIŞ APARILDI, AMMA BİR ŞEY TAPILMADI»

Vüqarın həbsindən bir-iki gün sonra polis və prokurorluq əməkdaşları onların evində axtarış aparıblar:

«Hər yeri axtardılar, Vüqarın paltarlarının ciblərinə qədər. Amma bir şey tapmadılar, çıxıb getdilər. Eşitdim onun televiziyadakı iş otağında, kompyuterində də axtarış aparıblar. Ordan da bir şey tapmayıblar».

Vüqar Qonaqovun yaşadığı Mirzəməmmədkənd kəndi kiçik olsa da, onların evini tapmaq xeyli çətin oldu. Evlərinin bir neçə metrliyindəki mağazada «Vüqar Qonaqovgilin evi haradadır?» sualımıza 10-a yaxın adamın heç biri cavab vermədi. Hətta məni Vüqargilə aparan taksi sürücüsü də onun barəsində danışmaq istəmirdi.

«Xəyal» televiziyasında da suallarımıza cavab verən olmadı. Rejissor otağında görüşdüyüm bir neçə əməkdaş isə bildirdi ki, onlara bu barədə danışmaq yasaq edilib. Bu televiziyanın baş redaktoru Zaur Quliyev də həbsdədir.

Vüqar Qonaqovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyir ki, o, martın 28-də DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində jurnalistlə görüşüb. Deyir, Vüqar Qonaqov özünü yaxşı hiss edir, amma özünü bu məsələdə təqsirli saymır.
Vüqar Qonaqovun yaşadığı Mirzəməmmədkənd kəndi
Vüqar Qonaqovun yaşadığı Mirzəməmmədkənd kəndi

QUBA HADİSƏLƏRİNDƏN 1 AY ÖTSƏ DƏ...

Quba hadisələrindən bir ay ötsə də, rayonda hələ də həbs edilənlər, polisə aparılanlar var. Rayon polis İdarəsində adamların saxlanmasını təkzib etsələr də, öyrəndik ki, elə bizim Qubaya səfərimizdən bir neçə saat əvvəl Ərdəbil küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən «Eniqma» disk mağazasında axtarış aparılıb və mağazanın Rövşən adlı sahibi saxlanılıb. Onu da öyrəndik ki, həmin mağazanın sahibi 1 mart hadisələri ilə bağlı videonun tirajlanıb paylanmasında günahlandırılır.

QUBADA SONUNCU SAXLANAN KİMDİR?

Martın 27-də saxlanılan digər şəxs isə 20 yaşlı Mustafa Nurullayevdir. O, sabiq icra başçısı Rauf Həbibovun müşavirədə qubalılarla bağlı dediyi fikirləri internetə yükləməkdə ittiham olunur. Bildirilir ki, Mustafa Nurullayev videonu özü yükləməsə də, 1 mart aksiyalarına səbəb olan video internetə onun IP ünvanından yüklənib.

RAUF HƏBİBOVUN ÇIXIŞI KİMƏ ÜNVANLANIBMIŞ?

Quba hadisələri ilə bağlı adamları maraqlandıran həm də odur ki, sabiq icra başçısının narazılıqlara səbəb olan çıxışı kimə ünvanlanıb? 2011-ci ilin noyabrında
«Xəyal» televiziyası
«Xəyal» televiziyası
keçirilən həmin müşavirədə iştirak edən, amma adının çəkilməsini istəməyən rayon sakininin dediyinə görə, Rauf Həbibovun çıxışı dini təriqətlərə qoşulan adamlarla bağlı olub:

«Saat yarımdan çox davam edən müşavirədə iki məsələ müzakirə olunub - regionda dini vəziyyət və əhalinin sosial vəziyyəti. Dini məsələdən söhbət düşəndə, sabiq icra başçısı Rauf Həbibov onu çatdırmaq istəyirdi ki, 30-40 manat bazarlığa görə radikal dini təriqətlərin tərəfinə keçənlər var. O deyirdi ki, Quba həmin dini missionerlər üçün yağlı tikədir. Bəzi adamlar dinini, torpağını, ailəsini 30-40 manat bazarlığa görə satırlar».

Həmsöhbətim deyir ki, həmin müşavirədə iştirak edən 150-yə yaxın adamdan heç kim icra başçısının bu çıxışına etiraz etməyib.

AKSİYA NİYƏ 3 AY SONRA KEÇİRİLİB?

Həmsöhbətim videonun yayılmasından 3 ay sonra aksiyanın keçirilməsini də prezidentin Qubaya planlaşdırılan səfəri ilə əlaqələndirir. Deyir, prezidentin səfəri gözlənildiyindən adamlar aksiyanı gec keçiriblər.
XS
SM
MD
LG