Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:48

Novxanıda Respublika Günü qeyd edilib [Video]


Respublika Gününü prezident ayrı, müxalifət ayrı qeyd etdi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Respublika Gününü prezident ayrı, müxalifət ayrı qeyd etdi

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli çıxışında deyib ki, bu gün Azərbaycan xalqı üçün olduqca əzizdir:

«Təəssüf ki, bu gün hakimiyyətdə xalq tərəfindən seçilməyən, bu xalqla eyni hissləri, dəyərləri bölüşməyən bir iqtidar olduğuna görə bu tarixi gün hələ öz dəyərini almayıb. Novruzu və digər bayramları biz də qeyd edirik, bütün müsəlman dünyası da qeyd edir. Ancaq bizə sırınmış bayramlar da var, onların ömrü isə bu hakimiyyətin ömrü qədərdir. Ancaq bu gün bizim gerçək milli bayramımızdır. Bayramımız mübarək olsun!»

Əli Kərimlinin bu sözlərindən sonra tədbir iştirakçıları «İstefa!» qışqırıblar.

Kərimli onu da qeyd edib ki, 28 may Azərbaycan xalqı üçün həm də sabaha istiqamətdir:

«Biz nə qədər məhrumiyyətlər içindəyik. Sərvətlərimiz bir qrup acgöz tərəfindən talan edilir. Xalqımızın hüquqları əlindən alınır. Ölkəmiz dünyanın azad olmayan 25 ölkəsi sırasındadır. Torpaqlarımızın 20 faizi işğal olunub. Ancaq bütün bunlar bizdə milli natamamlıq kompleksi yaratmağa qoymur. Biz xatırlayırıq ki, bunlar bizim haqqımız, təbii halımız deyil. Millətimiz süni şəkildə bu hala salınıb. Əgər 94 il əvvəl bu millət dünyanın ən qabaqcıl 25 millətindən biri olubsa, 94 il sonra dünyanın 25 azad olmayan ölkəsi sırasındadırsa, bu, bizim günahımız deyil».

M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsinin ziyarəti Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

ZİYARƏTDƏ «İSTEFA!» ŞÜARI

ADP sədri Sərdar Cəlaloğlu çıxışında deyib ki, imperiyaların tarixində istiqlal günü olmur. İstiqlal günü milli dövlətlərin tarixində olur:

«Ancaq bu gün bizim müstəqilliyimiz formal xarakter daşıyır. Çünki Azərbaycan hakimiyyəti Azərbaycan millətinin bədəni ilə ruhunu ayrı saxlayır, onların birləşməsinə imkan vermir. Biz çalışmalıyıq ki, Azərbaycan xalqı və dövləti bir ruhda, bədəndə birləşsin. Bu gün Azərbaycanı idarə edənlərdə azadlıq məfkurəsi yoxdur. Azərbaycanda yaşayan insanlar dövlətin mahiyyətindən xəbərsizdir. Bu, bugünkü bayramın qeyd olunmasında da görünür. Bir gün əvvəl «Eurovision»dan hamı danışırdı, maşınlar bəzədilmişdi. Bu gün Respublika gününü qeyd edənləri sayı isə burada toplaşanlardan bir qədər çoxdur. Bunun günahı isə Azərbaycan dövlətindədir. Vəzifəmiz Azərbaycan dövləti ilə xalqını bir bədəndə birləşdirmək, inkişafa nail olmaqdır. Biz buna nail olacayıq. Yalnız bundan sonra bura, ulu öndərimizin heykəli önünə gəlib onun ruhu qarşısında hesabat verə bilərik ki, vəzifəmizi yerinə yetirdik».
AzadlıqRadiosunun canlı yayımının təkrarı

Bu sözlərdən sonra «İstefa!» şüarları səslənməyə başlayıb.

RESPUBLİKAÇILIĞIN DOĞUM GÜNÜ

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir: «28 may respublikaçılığın doğum günüdür. Biz bu gün bu davanı aparırıq. Respublikanı qaytarın. Biz bu respublikanı canımızla-qanımızla, diş-dırnağımızla qurmuşuq. Onu heç bir sülaləyə qurban vermərik!».

İSA QƏMBƏR: «SUSQUNLUQ MÜVƏQQƏTİDİR»

Novxanıda Respublika Günü ilə İsa Qəmbərin çıxışı

Novxanıda Respublika Günü ilə İsa Qəmbərin çıxışı
Müsavat başqanı İsa Qəmbər çıxışında deyib: «28 may Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri, birincisidir. Bu dövlət günəş kimi doğdu. Hakimiyyət nümayəndələri isə bu gün həmin tarixdən danışanda bu dövləti kimin yaratdığını demirlər. Müsavatın, Rəsulzadənin adı çəkilmir. Müstəqil Azərbaycan Respublikasının yaradıcısı Rəsulzadədən «Siz nə etdiz?» soruşanda o demişdi: «Biz xalqa azadlığın dadını duydurduq». Hakimiyyət isə bu gün çalışır ki, xalq azadlığın dadını bilməsin. İndiki hakimiyyətlə o vaxtkı hakimiyyətin fərqi budur. Bu gün böyük bir susqun ordu var. Hamı narazıdır, amma səsini çıxarmır. Bu, müvəqqətidir. Vaxtilə ərəb ölkələrində də beləydi. İnanıram ki, Azərbaycan xalqı da 100 minlərlə meydana çıxacaq, mübarizəsini aparacaq.

İsa Qəmbər məhbəsdə olan müxalifət fəallarını da bayram münasibətilə təbrik edib.
M.Ə.Rəsulzadənin heykəli önünə əklil qoyulur.

TƏDBİR BAŞLADI

Azərbaycanın dövlət himni ifa olunub və bayram tədbiri başlayıb.

RƏSULZADƏNİN ABİDƏSİNƏ DÖĞRU YÜRÜŞ

Novxanıda Respublika Günü ilə bağlı yürüş olub

Novxanıda Respublika Günü ilə bağlı yürüş olub

Artıq Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinə doğru yürüş başlayıb.
İştirakçılar «Azadlıq!» «Azərbaycan!» şüarları səsləndiriblər.

AXCP və Müsavat partiyalarının fəalları «Rəsulzadə-Elçibəy!» qışqırırlar.

Ziyarətə AXCP və Müsavat fəalları ayrı-ayrı kolonlarla gedirlər. «Əli bəy!» «İsa bəy!» şüarları da eşidilir.

Aksiyaçılar əllərində «İnsanlara hürriyyət, millətlərə istiqlal!», «Sən bizimsən, bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan!!!» şüarı da tutublar.

Müsavat partiyası başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib:

«28 may xalqın tarixində ən önəmli gündür. Təsadüfi deyil ki, xalqımız bu günün dəyərini diktaturanın ən ağır vaxtlarında yaşadıb. Bu ilki 28 may fərqli bir 28 maydır. Hər dəfə parlament seçkilərindən sonra adətən ölkədə siyasi susqunluq yaranırdı. 2010-cu il seçkilərindən sonra isə xalqımız azadlıq eşqini nümayiş etdirdi. Bütün bunlar gələcəyə inamla baxmağa sövq edir. İnanırıq ki, xalqımız həqiqi azadlığını əldə edəcək. Bu yolda mübarizəmiz davam edəcək».

28 MAY - RESPUBLİKA GÜNÜDÜR

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib.

Prezident İlham Əliyev bu gün Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyub.

Bu günlə əlaqədar bir qrup müxalifət partiyası və vətəndaş cəmiyyəti fəalları isə Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək. Həmçinin Ankarada M.Ə. Rəsulzadənin qəbri ziyarət olunacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirilib, müstəqil dövlətin atributları formalaşıb.

Cümhuriyyət 1920-ci ilin aprelin 27-də 11-ci Qızıl Ordunun müdaxiləsi nəticəsində süqut edib.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.
XS
SM
MD
LG