Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

«Freedom House» Azərbaycanı «möhkəmlənmiş avtoritar rejimlər» qrupuna salıb


David J. Kramer
David J. Kramer
«Freedom House» təşkilatı «Keçid dövründə olan ölkələr 2012» adlı hesabat dərc edib. Hesabatda Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində ötən il ərzində baş vermiş demokratik dəyişikliklər təhlil olunur. Belə qənaətə gəlinir ki, ümumilikdə ötən il region ölkələri demokratik dəyişikliklər baxımından geriyə addım atıb. Burada xüsusilə Macarıstan və Ukrayna seçilib.

PUTİNLƏŞMƏ KURSU

«Freedom House» təşkilatının prezidenti David J. Kramer deyir ki, «Macarıstanın Baş naziri Viktor Orban və Ukrayna prezidenti Viktor Yanukovych islahatlar adı altında sistemli olaraq ölkədəki qüvvələr balansına xələl gətirən addımlar atıblar»:

«Belə görünür ki, onlar Putinləşmə kursunu götürüblər. Ancaq Rusiyanın özündə belə putinizm son ildə xalqın gözündən düşüb. Adi ruslar belə öz ölkələrində şəffaflığa, hökumətlərinin hesabat vermələrinə nail olmaq istəyirlər».

Hesabatda bildirilir ki, 2004-cü ildə Ukraynada «narıncı inqilab»dan sonra demokratik dəyişikliklər başlansa da, ölkə Viktor Yanukovych hakimiyyəti dövründə sürətlə geriyə doğru gedir. Ukrayna «Freedom House»un hesabatlarında hər il bir addım geriyə gedib. Demək olar ki, artıq «narıncı inqilab»dan əvvəlki səviyyəsinə çatır.

ƏN ÇOX GERİLƏMƏ MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ İLƏ BAĞLI OLUB

Viktor Yanukovych və Vladimir Putin
Viktor Yanukovych və Vladimir Putin
Demokratiyanın vəziyyətinin yaxşılaşdığı və ya pisləşdiyini müəyyənləşdirmək üçün hesabatda ölkələr müxtəlif sahələr üzrə qiymətləndirib. Ölkələrin vəziyyəti 7 kateqoriya - seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, yerli özünüidarəetmə, məhkəmələrin müstəqilliyikorrupsiya kateqoriyaları üzrə müəyyənləşdirilib. Ən çox geriyə addım məhkəmə müstəqilliyi kateqoriyası üzrə olub. 8 ölkə - Albaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna bu sahədə geriləyiblər.

Vətəndaş cəmiyyəti sahəsində 3 ölkədə geriləmə olub. Bunlar Azərbaycan, Belarus və Qazaxıstandır. Milli demokratik idarəçilik sahəsində 5 ölkə, o cümlədən Azərbaycan geriləyib. Demokratiya sahəsində də 11 ölkədə, o cümlədən Azərbaycanda vəziyyət pisləşib.

Azərbaycan, Belarus, Rusiya və Özbəkistanda hakimiyyəti qoruyub saxlamaq və yeni şəraitə uyğunlaşmaq üçün bəziləri çox kobud, bəziləri isə bir qədər yumşaq tədbirlər görüblər.

REPRESSİYALARIN GÜCLƏNMƏSİ ARTIQ TƏƏCCÜB DOĞURMUR

Hesabatda deyilir ki, Azərbaycanda müxalifət və gənc fəallar 2011-ci ilin mart və aprel aylarında etiraz aksiyaları təşkil ediblər.
2 aprel aksiyası
2 aprel aksiyası
Hədə-qorxular və əvvəlcədən həbslər nəticəsində aksiyaların çoxu baş tutmayıb. Çox adamların iştirak etdiyi aksiyalarda isə kütləvi həbslər keçirilib. Həbslərin ardınca da ədalətsiz məhkəmə prosesləri olub. Həm vəkillər, həm də cavabdeh tərəflər məhkəmə proseslərində hədə-qorxu ilə üzləşiblər. Ümumilikdə Azərbaycan, Qazaxıstan və Rusiya kimi avtoritar ölkələrdə repressiyaların güclənməsi artıq təəccüb doğurmur.

AZƏRBAYCAN OTURUŞMUŞ AVTORİTAR REJİMLƏR SIRASINDADIR

Hesabatda ölkələr rejim tipinə görə də ayrılıb. «Oturuşmuş demokratik ölkələr» (Sloveniya, Estoniya, Latviya, Polşa, Çex respublikası, Litva, Slovakiya və Macarıstan), «yarı oturuşmuş demokratik ölkələr» (Bolqarıstan, Rumıniya, Xorvatiya, Serbiya, Monteneqro, Makedoniya), «keçid dövrü hökumətləri» və yaxud «hibrid-qarışıq rejimlər» (Albaniya, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstan, Moldova), «yarı oturuşmuş avtoritar rejimlər» (Kosovo və Ermənistan) və «oturuşmuş avtoritar rejimlər» (Qırğızıstan, Tacikistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Belarus və Türkmənistan).
XS
SM
MD
LG