Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:06

Britaniya havası qaydaları dəyişir


Çimərlik voleybolu, 2010
Çimərlik voleybolu, 2010
-
Olimpiya Oyunlarından əvvəl Britaniyada mühüm rekord vurulub. Söhbət idman deyil, iqlim rekordundan gedir. 2012-ci ilin yayı Britaniyada hava haqqında rəsmi qeydiyyat aparılandan bəri qeydə alınmış ən soyuq və ən rütubətli yay mövsümüdür.

Təbii ki, təbiət Olimpiya Oyunlarının qaydalarına da «düzəlişlər» edir.

Məsələn, havanın sərinliyini nəzərə alıb voleybolçu qadınlara şortlar və uzunqol köynəklər geyinmək icazəsi veriləcək. Halbuki çimərlik voleybolunun rəsmi idman forması bikinidir.

«The Daily Mail» qəzeti yazır ki, yeni qaydalara əsasən, havanın hərarəti müsbət 16 dərəcəyə enərsə, çimərlik voleybolunun kişi azarkeşləri məyus olacaqlar. Xüsusilə təkcə yarışları deyil, həm də onun iştirakçıları – bikinili qadınları izləyən hissəsi.

Britaniya voleybolçusu Dampne deyir ki, hər halda heç də hamı yarışlara idmançıların zahirinə baxmaq üçün gəlmir. Əlavə edir ki, şər deməsən, xeyir gəlməz:

«Bəlkə də belə hava braziliyalı qadın voleybolçular üzərində qələbəyə imkan verdi».

SOYUNMAQ İSTƏMƏYƏNLƏR…

İdmançıların geyimi ilə bağlı daha bir sensasiyalı xəbər Səudiyyə Ərəbistanından gəlib. Ölkə rəhbərliyi ilk dəfə olaraq 2 idmançı qadının London Olimpiadasında iştirakına icazə verib. Səudiyyə idmançısı Wodjan Ali Seraj Abdulrahim cüdo yarışlarında iştirak edəcək, Sarah Attar isə 800 metr məsafəyə qaçış yarışında start xəttinə çıxacaq.
London
London

Beləliklə, Səudiyyə Ərəbistanı yalnız kişilərdən ibarət olimpiya komandası ənənəsini ilk dəfə olaraq sındırır.

Londonun hazırkı havası da Səudiyyə Ərəbistanına «işləyir». Belə ki, əldə olunmuş razılaşmaya əsasən, qadın idmançıların başları, qolları və ayaqları örtülü olacaq.

Səudiyyə şahzadəsi Navaf bin Faisal «Al Jazirah» qəzetinə bildirib ki, ölkənin iki idmançı qadını daim mühafizə olunacaq və Olimpiadada kişilərin iştirak etdiyi tədbirlərə qatılmayacaqlar.

Səudiyyə Ərəbistanın bu hərəkəti indiyədək olimpiya oyunlarına qadınları göndərməyən Qətər və Bruneyi də «ürəkləndirib».

Onlar da London-2012-yə idmançı qadınları yollayacaqlar.
XS
SM
MD
LG