Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

Yazıçı Eduard Bağırov Azərbaycan hökumətinə üsyan etdi


Eduard Bağırov
Eduard Bağırov
-

Azerros.ru saytı Rusiyada yaşayan Azərbaycan əsilli yazıçı və publist Eduard Bağırovun etiraz bəyanatını dərc edib.

Azərbaycanda Oskar mükafatlı rejissor Rüstəm İbrahimbəyova qarşı hücumları kəskin şəkildə pisləyən müəllif, qeyd edir ki, Azərbaycanın müasir tarixində əfsanəvi İbrahimbəyovun beynəlxalq nüfuzuna bərabər olan başqa şəxsiyyət yoxdur və əlavə edir ki, onu ancaq Heydər Əliyevlə müqayisə etmək olar.

“Bu iki nəfər 20-ci əsrin Azərbaycana bəxş etdiyi ən böyük şəxsiyyətlərdir” – yazan Bağırov bildirir ki, Heydər Əliyev və Rüstəm İbrahimbəyov həmişə bir-birini başa düşüb, dostluq ediblər.

Azərbaycanın indiki hakimiyyəti isə, müəllifin fikrincə, planlaşdırılmış şəkildə Heydər Əliyevin mədəni irsini dağıdır.

Azərbaycan hakimiyyətinə etirazını bəyan edən Eduard Bağırov Ümumrusiya Azərbaycan Konqresindən çıxdığını deyir və izah edir:

«Çünki mən daha istəmirəm mənim familiyam bugünkü rəsmi Bakı ilə əlaqələndirilsin. Belə Azərbaycanı Rusiyada təmsil etmək istəmirəm. Mən mədəniyyət xadimiyəm və öz ad-sanım ilə bu yaxınlara qədər sivilizasiyanın qaynaşdığı, mədəni Avropanın bir hissəsi olan Azərbaycanda yarısavadlı və qurşağa qədər cahil dağ meymunlarının yaratdığı orta əsrlərə xas qanunsuzluqları örtmək arzusunda deyiləm»

Müəllif Azərbaycan Yazıçılar İBirliyinin üzvlüyündən də imtina edərək yazır ki, indi bu qurumda qalmaq onun üçün ümumiyyətlə qorxuludur, çünki Azərbaycanda yazıçıları söyür, onları öldürürlər. Əlavə edir ki, əvvəllər Rusiyada bu adla fəxr edərdi, indi isə onu barmaqla göstərib gülürlər. Yazıçı Azərbaycan səfirliyinin Moskvada düzənlədiyi tədbirlərə də uzun müddətdir eyni səbəblə qatılmadığını deyir.

“Qorxuram ki, bütün bunlar hələ başlanğıcdır.” – deyə bəyanatını yekunlaşdıran Bağırov özünü belə təqdim edir: Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycan Yazıçılar İttifaqının keçmiş üzvü, kinodramaturq, publisist, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi.

Bağırov 2009-cu ildə Moldovada kommunist hakimiyyətinə qarşı etirazların, baş verən iğtişaşların təşkilində ittiham edilərək Kişinyovda tutulmuşdu. Buna görə Moldova ilə Rusiya arasında münasibətlər gərginləşmişdi. Ötən il o, həbsdən qaçırılmışdı.
XS
SM
MD
LG