Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:02

Elçin Hüseynbəyli və Qan Turalı canlı efirdə "tutaşdı"


Elçin Hüseynbəyli və Qan Turalı canlı efirdə "tutaşdı"
Gözlə

No media source currently available

0:00 0:55:18 0:00
Direct-ə keçid

Elçin Hüseynbəyli və Qan Turalı canlı efirdə "tutaşdı"

-

Əsəd Cahangir: "Ayselin buraxdığı jurnalda top qapının yanından keçdi"

Aysel Əlizadə: "22 nəfərə cəmi 300 manat qonorar ayrılıb".

Qan Turalı: "Burda konkret mənimsəmədən söhbət gedir"

Elçin Hüseynbəyli: "Burda yeyinti varsa, jurnalı gənclərə niyə verirəm?.."



"Pen klub"dakı debata "Ulduz" jurnalının gənclər buraxan son sayını tənqid etmiş Əsəd Cahangir, həmin sayın redaktoru olmuş Aysel Əlizadə, kulis.az saytının rəhbəri Qan Turalı qatıldılar. "Ulduz"un baş redaktoru Elçin Hüseynbəyli də sonradan telefonla debata qoşuldu.


“AYSELİN BURAXDIĞI JURNALDA TOP QAPININ YANINDAN KEÇDİ”

Əsəd Cahangir:

- Ədəbiyyata müqəddəs məbəd kimi, sözün müqəddəs məşəli kimi baxılmalıdır. Elə-belə, başdansovdu, növbəni yola vermək, “mən də bu jurnalı buraxdım, altından qol çəkdim” kimi münasibəti qəbul etmirəm. Bu gənclərə meydan verilmişdi. Bütün güclərini qoyub özlərini təsdiqləməliydilər. Deməliydilər ki, bu mənim imzamdır, mənim Elçin Hüseynbəylidən və ya Ələkbər Salahzadədən fərqim nədir, iddialarımın arxasında hansı iş dayanır, hansı yenilikləri gətirmişəm, hansı yeni imzaları ortaya qoyuram, hansı rubrikanı açmışam.

Əsəd Cahangir
Əsəd Cahangir
Dizaynından tutmuş dərc olunan materiallara qədər hər şey yeni olmalıydı və əgər mümkün idisə şok effekti doğurmalıydı. Mən bu dərgilərdə yaradıcı təşəbbüskarlıq, yeni baxış görmədim. Gənclər buraxan ilk 2 sayda top qapının dirəyinə dəyib dala qayıtdı, Ayselin buraxdığı sayda isə top ümumiyyətlə qapıdan yan keçdi.

“22 NƏFƏRƏ 300 MANAT QONORAR AYRILIB”

Aysel Əlizadə:

- Mən hesab edirəm ki, hər şey yaxşıdır. Qurbağa gölündən nəhayət daş götürüldü. Siz məndən yeni ədəbi epoxa gözləyirsizsə, ona mən imza ata bilmərəm. Ona imza atıb: Həmid Herisçi, Rasim Qaraca, Anar... Hər şey yaxşıdır. Yeni imzalar da var, əyalətlərdən də cəlb etmişik. Tanınan imzaların ekperimental yazıları çap olunub. Nə bilim, yəni nə etmək olarsa onu etmişik. Əgər kimsə fövqəladə bir şeylər gözləyirsə, şərait-imkan olarsa onu da edərik. Məsələn, 22 nəfərə 300 manat qonorar ayrılmasa, 3000 manat qonorar ayrılsa, biz daha yaxşı işlər görə bilərik. Uşaqlar pulsuz-parasız ortaya bir jurnal qoyublar.

İkincisi, biz Azərbaycandakı ədəbi prosesi yeni nəslə borcluyuq. Biz heç nədən konfet düzəldirik. Heç nədən ədəbiyyat yaradırıq.

“ƏSƏD MƏHARƏTİNİ “AZƏRBAYCAN” JURNALINDA GÖSTƏRSİN”

Qan Turalı:

- Yanaşma düzgün deyil. Yazıçılar Birliyinin orqanı olan “Ulduz”un titul vərəqində deyilir ki, gənclərin dərgisidir. Amma gənclərin orqanını ildə 3 dəfə gənclərə verirlər, bu anormaldır. Əsədin dediklərini yumşaq desək qeyri-ciddi sayıram. Yəni çox qeyri-ciddi
Aysel Əlizadə
Aysel Əlizadə
qiymətdir ki, bu jurnalın Elçin Hüseynbəylinin buraxdığı jurnaldan fərqi yoxdur. Əslində çox ciddi fərqi var. İkincisi, Əsəd jurnalın tərtibatı ilə bağlı iradlar deyir, bu çox gözəldir. Əsəd “Azərbaycan” jurnalında işləyir. “Azərbaycan”da göstərsin görək jurnal necə çıxır.

ƏSƏD CAHANGİR İŞLƏDİYİ JURNALI “HEÇ DƏ TƏQDİR ETMİR”

Əsəd Cahangir:

- Desəm ki, Qan Turalı ilə razı deyiləm, bu çox qeyri-obyektiv çıxacaq, tərəfgirlik, nəyin bahasına olur-olsun işlədiyin müəssisəni dəstəkləmək olacaq. Bu da mənim təbiətimə yabançıdır. Haqlıdır.

Ancaq Qan Turalı bir şeyi nəzərdən qaçırdır ki, mən “Azərbaycan” jurnalının baş redaktoru deyiləm, Azərbaycan Yazıçılar Birliyinin sədri də deyiləm. Mən orda vur-tut şöbə müdiriyəm, özü də aparıcı şöbələrdən biri deyil. Müəyyən təşəbbüskarlıq göstərməyə çalışmışam. Bu jurnalı heç də təqdir etmirəm. “Azərbaycan” jurnalının dizaynı da, materialları da dəyişməlidir, zamana uyğunlaşmalıdır. Orda açıq tənqidi fikrə meydan verilməlidir.

QAN TURALI: “BURDA REAL MƏNİMSƏMƏDƏN SÖHBƏT GEDİR”

Qan Turalı:

- “Jurnallar geridə qalır, maraqlı deyil” fikriylə razı deyiləm. Əvvəlcə onun maliyyəsi çatmır, demirəm yoxdur, çatmır. Aysel xanım dedi ki, 300 manatlıq qonorar fondu var. “Ulduz” jurnalı dövlət büdcəsindən maliyyələşir və onun illik büdcəsi səhv etmirəmsə 60 min manatdır. Aya 300 manat ayrılanda ilə 3600 manat edir. Belə çıxır ki, 60 min
Qan Turalı
Qan Turalı
manatın 5 faizi birbaşa müəllifə çatır. Bununla da Hesablama Palatası məşğul olsun, ya da Yazıçılar Birliyi. Burda real mənimsəmədən söhbət gedir. Məsələn, bizim Redaksiya Fondunun 50 faizindən çoxu qonorara ayrılır, maaşlardan əlavə...

Mən şəxsən o baş redaktorların imzası ilə çıxan jurnala mətn vermərəm. İkincisi də, bu jurnalların çıxmasında carilik gözlənmir. Harda xoşlarına gələn adam varsa, harda bir “obed” alan adam varsa, onu çap edirlər. Ona görə də məsələ bu yerə dirənir.

“BURDA YEYİNTİ VARSA, JURNALI CAVANLARA NİYƏ VERİRƏM?..”

“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli telefonla müzakirəyə qoşulur:

- Qan Turalıya demək istəyirəm ki, işverənlik eləməsin orda. Birincisi, məsələnin mahiyyətini bilmək lazımdır. “Ulduz” jurnalına ildə ayrılan vəsait 66 min manatdır. Aysel Əlizadəyə yazılan qonorar 400 manatdır. Ümumiyyətlə 600 manat aylıq qonorar fondudur. Bizim 14 əməkdaşımız var, ildə jurnal 12 dəfə çıxır, bunun da kağızı var, çapı var, bu pulu da dövlət ayırır, sağ olsun.

Ancaq Qan Turalı deyə bilərmi ki, onun rəhbərlik etdiyi sayta kim pul verir və nə qədər ayırır. Onda biz bilərik ki, kim haqlıdı, kim düzdü. Qan Turalı “Ulduz”u tənqid etmək
Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
istəyirsə, öz “kulis.az” saytına baxsın.

Mən hərdən girib baxıram, orda 4 dənə informasiyaya və ya mətnə rast gəlmirəm. Jurnalın keyfiyyətinə gələndə, “Ulduz” Azərbaycan ədəbiyyatında prosesləri kifayət qədər əhatə edə bilir... Biz cavanlara dedik ki, bu meydan, bu şeytan, gəlin buraxın. Mən onları tənqid etmək istəmirəm. Jurnalda qüsurlar ola bilər. Qan Turalı döşünə döyürsə ki, daha yaxşı jurnal buraxa bilər, gəlsin buraxsın.

Qan Turalı:

- “Kulis.az” saytına gnüdə 5 min adam girir.

Elçin Hüseynbəyli:

- Bir şeyi başa düşmürəm, “Ulduz” jurnalı belə eksperimentə əl atıb, niyə heç kim onu təqdir etmir? Yaxşı, burda yeyinti varsa, niyə verirəm cavanlara, elə özüm buraxıb pul qazanaram da. Jurnal açıqdır. Azərbaycan ədəbi mühitində yaxşı jurnal buraxmaq olmur. Qoy gəlsin biri buraxsın...

Bu, proqramda səslənmiş fikirlərdən seçmələr idi. Verilişin audioyazısı tam şəkildə burda.



Soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Əsəd Cahangir və Qan Turalı
Soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Əsəd Cahangir və Qan Turalı
XS
SM
MD
LG