Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

Araz Əzimov: Bəlkə də həmsədrlər «Ramil Səfərov məsələsi»ndən sui-istifadə edirlər


Araz Əzimov
Araz Əzimov
«Kimsə bəhanə axtarırdı, indi «Ramil Səfərov məsələsi»ndən axtarıb bəhanə tapıblar. Guya Ramil Səfərov azadlığa buraxılmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa inkişaf olmuşdu? Məgər ermənilər münaqişənin həll olunacağına dair bizə hansısa ümid vermişdilər?».

APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsi və əfv olunması ətrafında yaranmış vəziyyəti jurnalistlərə belə şərh edib.

Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini bu məsələdə tutduğu mövqeyə görə tənqid edib:

«Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri «Ramil Səfərov məsələsi»ni çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək. Amma sizə deyirəm, bu prosesdə «Ramil Səfərov məsələsi»ndən əvvəl də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar».
XS
SM
MD
LG