Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:48

Rasim Balayev istefa verdi: «Ziyalının borcu möhtərəm prezidentin yanında olmaqdır»


Rasim Balayev
Rasim Balayev
-
AzərTAc agentliyi xəbər verir ki, tanınmış aktyor Rasim Balayev Azərbaycan Kinematoqrafçılar Birliyindən istefa verib.

Bəyanatın mətni:

“Son zamanlar Rüstəm İbrahimbəyovun təsis etdiyi və mənim katib olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlər dolaşmaqdadır.

Bildirirəm ki, mən Rüstəm İbrahimbəyovu istedadlı dramaturq və rejissor kimi tanımışam, hazırda da bu fikirdəyəm. Biz uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqında birgə çalışmışıq və İttifaqın yaranmasında məqsəd Azərbaycan kino sənətinə dəstək və töhfə vermək olmuşdur. Mən bir Azərbaycan ziyalısı və kino sənətinin inkişafında rolu olan şəxs kimi hesab edirəm ki, həqiqətən hər bir ziyalı lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalıdır.

Lakin bu gün dünyada Azərbaycan Respublikasının uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu
AzərTAc bunu Rasim Balayevin istefa bəyanatının surəti olaraq yayıb
AzərTAc bunu Rasim Balayevin istefa bəyanatının surəti olaraq yayıb
bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir.

Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm.

Bütün mediadan, digər insanlardan bu məsələni siyasiləşdirməməyi və bu bəyanatın sırf yaradıcılıqla məşğul olmaq istəyimdən irəli gəldiyini nəzərə almalarını xahiş edirəm.

Rasim Balayev
Bakı şəhəri, 18 yanvar 2013-cü il”


Hakimiyyəti sərt tənqid edən kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata cinayət işi açılmış, bəzi üzvləri, o cümlədən Rasim Balayev istintaqa çağrılmışdı.

R.İbrahimbəyov həm də hökuməti islahata səsləyən Azərbaycan Ziyalılar Forumunun fəallarındandır.
XS
SM
MD
LG