Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:35

Müdafiə Nazirliyi 2 olaya açıqlıq gətirir


Arxiv foto
Arxiv foto
-
Martın 3-da Azərbaycan ordusunun bir əsgəri silahla ehtiyatsız davranışdan ölüb, digəri minaya düşüb. Minaya düşən əsgər hazırda hərbi hospitala yerləşdirilib.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, martın 3-ü axşam saat 10 radələrində Tərtərin «N» saylı hərbi hissənin əsgəri Orxan Ələmxan oğlu Mirzəzadə təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb. Nəticədə 20 yaşlı əsgər aldığı güllə yarasından vəfat edib. 1993-cü il təvəllüdlü əsgər Qaradağ rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırması aparılır.

Martın 3-də 20 yaşlı əsgər İbrahim Rauf oğlu Heydərov isə piyada əleyhinə minayə düşüb. Əsgər hərbi hostpitala yerləşdirilib.
XS
SM
MD
LG