Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:04
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

00:43 11.3.2013
ERKİN QƏDİRLİ SƏRBƏST BURAXILIB

Səbail polis bölməsində saxlanılan REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli sərbəst buraxılıb. Bu haqda AzadlıqRadiosuna REAL icraçı katibi Natiq Cəfərli məlumat verib.

Onun sözlərinə görə, REAL Hərəkatının digər üzvü Cavid Qarayev Səbail rayon polis şöbəsindədir: "Axşam saatlarında polis bölməsində olan insanlarla maraqlanmağa getdim. Səbail Polis bölməsindən aldığım məlumata görə, orada 15 nəfər aksiya iştitakçısı saxlanılır. Dedilər ki, sabah tezdən saxlanılanları məhkəməyə aparacaqlar"
22:53 10.3.2013
JURNALİSTLƏRƏ VƏ GƏNCLƏRƏ TƏZYİQ EDİLİB

Səbail polis idarəsi qarşısında dayanan gənc fəallar və jurnalistlər təzyiqlərə məruz qalıb. Məhkəmə qarşısında olan ictimai fəal Bəxtiyar Hacıyev saxlanıb. Təzyiqə məruz qalan jurnalistlər arasında Azadlıqradiosunun müxbiri Abbasəli Əliyev də var.
Hazırda Səbail polisində bir neçə nəfər aksiya iştirakçısı saxlanılır. REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli də onların arasındadır.
Aksiya zamanı saxlanaraq Səbail Polis İdarəsinə aparılanlardan 30 nəfərə yaxını sərbəst buraxılıb.
21:22 10.3.2013
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Səbail polisində saxlananlardan bir qrupunu avtobusla Qobustan istiqamətinə aparırlar.
Səbail polisində saxlanılandan bir qismi avtobusa mindirilərək harasa aparılır. Onların arasında Xədicə İsmayıl da var.

Qeyd edək ki, bundan əvvəl isə təkcə Yasamal Rayon Polis idarəsindən ümumilikdə 66 nəfər aksiya iştirakçısı sərbəst buraxılmışdı.
21:17 10.3.2013

HÜQUQ MÜDAFİƏÇİSİ İNTİQAM ƏLİYEV SƏRBƏST BURAXILIB

Yasamal polisində saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev bir qədər əvvəl sərbəst buraxılıb. AzadlıqRadiosuna müsahibəsində o, aksiyaya gedərkən yolda saxlandıqlarını deyib.
“Biz bir qrup hüquqşünas belə qərara almışdıq ki, aksiya keçiriləcək meydana “Nizami” nin abidəsi tərəfdən gedək. Yolda bizi görən, bir polis polkovniki bizə yaxınlaşdı hara getdiyimizlə maraqlandı. Dedik aksiyaya gedirik. Bundan sonra polislərə göstəriş verdi və hamımızı maşınlara mindirib Yasamal polisinə gətirdilər”.
İntiqam Əliyev avtobusda saxlananlara zorakılıq olduğunu deyir:
"Bizim kimliyimizi biləndən sonra bizə qarşı polisdə pis davranmadılar. Amma gənclər həm saxlananda, həm də avtobusa mindiriləndə zorakılıq edildi onları möhkəm döyüldülər. Bəzilərinin fotoaparatları əllərindən alındı. Yasamal polisində ümumilikdə 56 nəfər saxlanılırdı. Onlardan iki nəfərini Erkin Qədirli ilə Əlturan adlı bir gənc var idi biz buraxılmazdan təxminən 1 saat əvvəl apardılar dedilər buraxılmaq üçün aparırılır. Amma sonradan öyrəndik ki, onları buraxmayıblar. Bizə nə xəbərdarlıq edildi, nə pul cəriməsi oldu, ümumiyyətlə heç qeydiyyata almadılar elə belə də sərbəst buraxdılar”.

Davamı

XS
SM
MD
LG