Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:35
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

17:20 10.3.2013
İSA QƏMBƏR AKSİYA HAQDA
«Bu aksiya bir daha göstərdi hakimiyyətin zorakı üsullarla ölkədəki vətəndaş fəallığının qarşısını almaq, cəmiyyəti susdurmaq siyasəti baş tutmayacaq. Bu xalq, bu cəmiyyət, bu gənclik ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq gücündədir».
İsa Qəmbər hesab edir ki, hakimiyyətin bütün qabaqlayıcı tədbirlərinə, müxtəlif şoular düzəldib gəncləri həbs etməsinə, onların üzərinə ağır ittihamlar qoymasına baxmayaraq dinc etiraz aksiyası yüksək səviyyədə baş tutub.



SİYAVUŞ NOVRUZOV: «AKSİYANIN TƏŞKİLATÇILARI VƏ İŞTİRAKÇILARI...»

“Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”.
Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S. Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün xaricdən himayə olunmaqda da ittiham edib: “ Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər. Bugünkü aksiya cəhdi də bunlardan biridir”.
YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.
S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.

ƏLİ KƏRİMLİ: «AKSİYADAKI TƏLƏBLƏR HAQLI TƏLƏBLƏR İDİ»
«Azərbaycan xalqının aksiyadakı tələbləri olduqca haqlı tələblər idi. Kimsə çıxıb bu tələblərin haqsız olduğunu deyə bilməz. İnsanlar nə istəyir? İnsanlar istəyir ki, ordu ölüm konveyrinə çevrilməsin, gündə, günaşra hansısa gənc ölü olaraq, meyid olaraq valideynlərinin üzərinə qaytarılmasın. İnsanların çox sadə istəyi var. Onlar bilmək istəyirlər ki, niyə Azərbaycanın dövlət başçısı, ali baş komandan orduda yaranmış vəziyyəti bir dəfə öz ətrafı ilə, hökümət və parlament üzvləri ilə müzakirə etmir. Azərbaycan hökuməti bu aksiyadan sonra dərs götürməlidir. Yalnız xalqı idarə edib susdurmaq mərhələsi artıq arxada qalıb».
16:51 10.3.2013
BULVARDA DA AKSİYA KEÇİRİLİB

Fəvvarələr meydanı ilə yanaşı Milli Parkda da aksiya keçirilib. AXCP Gənclər Təşkilatının üzvləri də həmin aksiyada iştirak ediblər. Polis tərəfindən saxlanılanlar var. Hazırda Milli Parkda sakitlikdir.
Fəvvarələr meydanında aksiya bitib. Ancaq ərazidə insan sıxlığı davam edir. Avtobuslarla gətirilən polislər ərazini tərk etsə də, Fəvvarələr meydanına gediş gəliş hələ də məhdudlaşdırılıb və yollar polis nəzarətində qalmaqdadır. Polislər jurnalistlərdən ərazini tərk etməyi tələb edirlər.
16:35 10.3.2013
AKSİYADAN ÇƏKİLMİŞ İLK VİDEO

Davamı

XS
SM
MD
LG