Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:52

Baş Prokurorluq: Sevinc Babayevanın zəhərlənərək öldüyü təsdiqlənmədi


Sevinc Babayeva
Sevinc Babayeva
-

Baş Prokurorluq keçmiş ABU rektoru Elşad Abdullayevin rüşvətlə bağlı yaydığı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölüm faktı ilə bağlı növbəti məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, sabiq millət vəkili Gülər Əhmədova və Sevinc Babayevanın cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.

S. Babayevanın «Medicana International İstanbul Hospital» xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilən məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

«Ekspertiza təhqiqatları nəticəsində Sevinc Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub».

Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev sentyabrın 25-də 2005-ci ildə deputat seçilməsi üçün ondan 1 milyon dollar rüşvət istənilməsini əks etdirən video yayıb. Sabiq rektor videoda onunla danışan qadınlardan birinin sabiq deputat Gülər Əhmədova, digərinin isə Sabir adına Kitabxananın sabiq direktoru Sevinc Babayeva olduğunu bildirib.

Həmin video ilə bağlı cinayət işi açılandan sonra YAP-dan olan deputat Gülər Əhmədova mandatından imtina edib. Sevinc Babayeva ötən il dekabrın 26-da İstanbulda vəfat edib. Oğlu yerli mətbuata müsahibəsində anasının ölümünün səbəbkarının keçmiş millət vəkili Gülər Əhmədova olduğunu bildirib. G. Əhmədova isə ittihamları rədd edib.
XS
SM
MD
LG