Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:39

İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı - [Video]


İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

İlqar Məmmədovun həbs müddəti 3 ay uzadıldı

-

Mayın 15-də Nəsimi rayon məhkəməsi «REAL» hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədovun həbs müddətini 3 ay müddətinə uzadıb.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun vəkil Xalid Bağırlı məlumat verib.

İlqar Məmmədov yanvar ayında İsmayıllı hadisələrinə görə saxlanıb. O və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar İsmayıllıda yerli icra başçısının istefası tələbi ilə keçirilən aksiyalarda vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Müdafiə tərəfi ittihamların qurama olduğunu bildirir.
XS
SM
MD
LG