Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:14

Azərbaycan Orxan Zeynalova görə Rusiyaya nota verir


Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013
Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013
-

Azərbaycanın Rusiyadakı səfirliyi bugünlərdə səs-küylü şəkildə həbs edilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun yanına diplomatların buraxılması tələbilə nota hazırlayır.

Rusiyanın Xarici İşlər Nazirliyinə təqdim ediləcək nota haqqında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Dojd” telekanlının efirində məlumat verib. Səfir bildirib ki, Orxan Zeynalovun yanına vəkilləri buraxılmalı, ehtiyacı varsa, tərcüməçi ilə də təmin edilməlidir.

Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan vətəndaşının hazırda ittiham olunduğu cinayəti törədib-törətmədiyini yalnız məhkəmə müəyyən edə bilər.

Səfir Orxan Zeynalovun həbsi zamanı bir sıra qanun pozuntularının baş verdiyini deyib və bu həbsin kütləvi informasiya vasitələrində yayılmasını “isteriya” adlandırıb.

Orxan Zeynalov Moskvada 25 yaşlı bir gənci öz qız dostunun yanında bıçaqlayaraq öldürməkdə ittiham edilir.

Bu hadisədən sonra Moskvada millətçi qruplar miqrant işçilərə qarşı zorakılıqlarla müşayiət olunan aksiyalar keçiriblər.

Orxan Zeynalovun özü isə ötən gün polisin xüsusi əməliyyatı ilə saxlanıb. O, tutularkən çəkilən kadrlarda plisin onun qollarını bağlayıb yerə yıxaraq təpiklədiyi, sonra da qolları burularaq, başı aşağı şəkildə Rusiyanın Daxili İşlər nazirinin iş kabinetinə gətirildiyi görünür.

Rusiyalı müstəntiqlər onun artıq cinayəti boynuna aldığını deyirlər.

Elə bu gün Moskvada bir azərbaycanlı Ruslan Qazaxanlı qətlə yetirilib. Rusiyanın hüquq-mühafizə orqanları çoxsaylı bıçaq yaraları olan meyidin oktyabrın 16-da keçmiş Çerkisov bazarının yaxınlığında tapıldığını deyirlər.

Rusiyalı müstəntiqlər bildirirlər ki, ilkin məlumata görə azərbaycanlını məişət mübahisəsi zəmnində Müstəqil Dövlətlər Birliyi ölkələrindən birinin vətəndaşı öldürüb.

Amma hələlik qatilin kimliyi açıqlanmayıb.
XS
SM
MD
LG