Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:29

Əli İnsanov cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edib


Əli İnsanov
Əli İnsanov
-
Keçmiş səhiyyə naziri Əli İnsanov Bakı İstintaq Təcridxanasının rəisinə ərizə ilə müraciət edib. Keçmiş nazir cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edib.

Bu haqda AzadlıqRadiosuna vəkil Toğrul Babayev məlumat verib.

Toğrul Babayev deyir ki, Əli İnsanov ərizəsində Bakı Apellyasiya Məhkəməsinin qərarının bir aydan çoxdur qüvvəyə minməsinə baxmayaraq, qanunsuz olaraq istintaq təcridxanasında saxlandığını yazıb. O, məhkəmənin qərarının dərhal icra edilməsini tələb edir.

Vəkil deyir ki, əgər bir həftə ərzində ərizəyə cavab verilməsə və Əli İnsanov cəzaçəkmə yerinə köşürülməsə, təcridxananı və Penitensiar Xidməti məhkəməyə verəcəklər.
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

Bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il həbsdə saxlanması ilə bağlı əvvəlki hökmü qüvvədə saxlayıb. Onun məhkəməsi prezidentə qarşı sərt fikirlər səsləndirməsi, bundan sonra səskeçirməz şüşə akvariuma salınması ilə də yadda qaldı. Əli İnsanov hakimiyyət əleyhinə fikirlər səsləndirəndə hakim onun mikrafonunu da söndürürdü.

Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü il martın 14-də Əli İnsanovun hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərarı ilə bağlı keçirilib. AİHM-nin qərarının yerinə yetirilməsilə bağlı Azərbaycan Ali Məhkəməsinin plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Apellyasiya məhkəməsinə göndərmişdi.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs olunmuşdu. Əvvəlcə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
Özü və hüquq müdafiəçiləri onun həbsinin siyasi sifarişli olduğunu bildirir.
XS
SM
MD
LG