Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:05

NİDA-çıların aclığı ətrafında ziddiyətli məlumatlar


Yalçın İmanov
Yalçın İmanov
-

«NİDA-çıların aclıq aksiyası keçirməməsi ilə bağlı Penitensiar Xidmətin iddiaları əsassızdır».

Bunu AzadlıqRadiosuna aprelin 30-da Bakı istintaq təcridxanasında NİDA üzvü Üzeyir Məmmədli ilə görüşən vəkil Yalçın İmanov deyib.

«Mən Üzeyirlə görüÜşdən yarım saat əvvəl çıxmışam. O, aclığı 14-cü gündür davam etdirir. Mənimlə görüşəndə halı yaxşı deyildi, danışığında da kifayət qədər problemlər var idi. Mədəsində ağrıların olduğunu dedi».

«ONLAR YƏQİN Kİ, YEMƏK YEYİRLƏR, SƏHHƏTLƏRİ STABİLDİR... »

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə AzadlıqRadiosuna gənclərlə bağlı hər hansı narahatlığın olmadığını deyib:

«Onlar yəqin ki, yemək yeyirlər, səhhətləri stabildir. Yemək yeməsələr yəqin ki, narahatlıq olar. Biz hər gün Bakı İstintaq Təcridxanasında saxlananların səhhətini yoxlayırıq. Bu gün də əlaqə saxlamışıq, hər hansı narazılıq edilməyib. Narahatlıq olanda bizə bildirirlər».

Aprelin 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yaydığı məlumatda da NİDA-çıların aclıq aksiyası keçirməsi təkzib edilir.

Qeyd olunur ki, adları qeyd olunan səkkiz məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmayıb. Xidmət həmin şəxslərin normal qida qəbul etdiklərini və səhhətlərində də heç bir problemin qeydə alınmadığını bildirir.

VƏKİL: PENİTENSİAR XİDMƏT HANSI SƏBƏBDƏN İNKAR EDİR, AYDIN DEYİL

Vəkil Yalçın İmanov isə deyir ki, hüquqlarını müdafiə etdiyi Üzeyir Məmmədli aclığa başlayan gündən bu barədə müəssisə rəhbərinə ərizə ilə müraciət edib:

«Penitensiar Xidmət bunu hansı səbəbdən inkar edir, bu, mənə aydın deyil. Hətta təcridxana rəisi, rəis müavini tibbi sanitar hissənin rəisi bu müddət ərzində gənclərlə görüşüb, aclığı dayandırmaqla bağlı onlarla söhbətlər aparıblar».

NİDA-çıların məhkəməsi mayın 1-də davam edəcək.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

QAN ANALİZİ GÖTÜRÜLÜB

14 gün əvvəl saxlandıqları təcridxanada aclıq aksiyasına başladıqlarını bəyan edən NİDA-çıların bir necəsindən aprelin 30-da qan analizi götürülüb.

Bunu Azadlıqradiosuna Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Məhərrəmov deyib:

«Sanitar tibbi hissədən aprelin 30-da bizə verilən son məlumata görə, gənclərin səhhətində heç bir problem yoxdur. Zaur Qurbanlı və daha bir neçə gəncdən qan analizi götürülüb. Şükürlər olsun, nəticələrdə pisləşməyə doğru hər hansı hal qeydə alınmayıb».

Vüqar Məhərrəmovun dediyinə görə, Ombudsman Aparatı hər gün gənclərin səhhəti ilə bir neçə dəfə maraqlanır, tibbi sanitar hissədən məlumatlar alır:

«Biz bir dəfə gənclərə baş çəkmişik, bundan başqa Qırmızı Xaç Komitəsinin nümayəndələri də onların yanında olublar. Biz yenə gedəcəyik».

QAYDALARA GÖRƏ...

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət edən ictimai komitənin üzvü Sahib Məmmədov NİDA-çıların aclıq aksiyası keçirməsi ilə bağlı yaranan ziddiyyətli məlumatlara aydınlıq gətirir:
«Qaydalara görə, həbsxanada aclıq aksiyası keçirənlər bu barədə rəhbərliyə yazılı şəkildə müraciət etməlidirlər. Belə olan halda həbsxana rəhbərliyi aclıq aksiyası keçirənlərə şərait yaratmalı və onlar digər məhbuslardan təcrid olunmalı, həm də daim həkim nəzarətində olmalıdırlar. Aclıq aksiyası rəsmi müraciət olunmadan başlananda Penitensiar Xidmət asanlıqla məhbusun aclıq aksiyası keçirmədiyi deyə bilir. Yəni, məsələ qaydalara uyğun olmadıqda, bu sahəyə cavabdeh qurumlar məlumatı təkzib edə bilirlər».
Sahib Məmmədov hesab edir ki, NİDA-çıların aclıq aksiyası keçirib-keçirməməsi ilə bağlı vəkillərlə rəsmilərin dedikləri arasında yaranan ziddiyyət bu prosedur qaydalarına necə əməl olunmasından qaynaqlanır.
XS
SM
MD
LG