Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:12 4.5.2014
Mayın 3-də Luqanskda girov götürülən 2 ictimai fəal azad olunub. Luqansk hərbi komissralığına hücum zamanı çəkilən dramatik videoya burada baxmaq olar (diqqət! videoda ədəbsiz sözlər işlədilir).
15:25 4.5.2014
Odessa
Odessa

Ukraynanın baş naziri Odessaya gedib

Mayın 4-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk Odessaya səfər edib.

Yatsenyuk bundan əvvəl BBC-yə deyib ki, o, şəxsən təhlükəsizlik qüvvələrini zorakılığı önləmək üçün “heç nə etməməkdə” ittiham edir.

Ancaq o, rusiyayönlü nümayişçiləri zorakılığı “qızışdırmaqda” ittiham edib.

O, həmçinin “tam, bitkin və müstəqil təhqiqat” vəd edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton bəyanatında bildirib ki, AB “hər bir kəsi təmkin göstərməyə və bu (Odessa) faciədən daha çox nifrəti, bölücülüyü və şüursuz zorakılığı qızışdırmamağa” çağırıb.

Ashton Odessadakı yanğının “müstəqil” araşdırılmasına çağırıb.
14:58 4.5.2014
Konstantinovka kənarında döyüş
Konstantinovka kənarında döyüş
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
13:53 4.5.2014
Ukraynada ən qanlı hadisə

Odessada baş verənlər Ukraynada fevraldan bəri ən qanlı hadisə sayılır. Fevralda Kiyevdə indi artıq devrilmiş prezident Viktor Yanukovych əleyhinə etirazlarda 80-dən çox adam ölmüşdü.

Rusiya hökumətinin sözçüsü deyib ki, indi Ukraynanın mayın 25-də prezident seçkisi keçirməsi “absurd” olardı.

ABŞ Dövlət Katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergei Lavrovla telefon söhbətində vurğulayıb ki, Rusiya separatçıları dəstəkləməyə davam etsə, daha çox sanksiya ilə üzləşə bilər.

Azadlığa buraxılmış ATƏT müşahidəçilərindən biri, çex müşahidəçi Josef Prerovsky televiziya müxbirlərinə deyib ki, onlar əsirliyin ilk saatlarını zirzəmidə əlləri və gözləri bağlı keçiriblər.

Davamı

XS
SM
MD
LG