Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

Tənha anaların sayı artır, bəs dövlət qayğısı?


Tənha ana...
Gözlə
Embed

No media source currently available

0:00 0:06:54 0:00

Tənha ana...

-
«Yoldaşım altı aylığından uşağı qoyub gedib. Atıb gedib bizi, heç bir maddi kömək də eləmir». 31 yaşlı Jalə Şirinova danışır bunları. Övladı serebral iflicdən əziyyət çəkən Jalə xanım qardaşına sığınıb. Deyir uşağa aldığı 67 manat pensiyadan savayı heç bir gəliri yoxdur:

«O pula heç uşağın bezini çatdıra bilmirəm, iynə-dərman kənara dursun. Sosial yardım üçün müraciət etmişəm. Dedilər ki, qardaşımın himayəsində olduğuna görə düşmür. Əlil uşağım var, əlillik kağızı var, ancaq vermirlər. Martda aparmışam xəstəxanaya. Girişə 45 manat vermişəm, 200 manat da müalicəsinə gedib. Hər ay reseptlə başqa dərmanlar yazırlar, imkanım çatmır almağa. Birini bu gün, digərini bir neçə gün sonra alıram».


Jalə Şirinova keçmiş ərinin məhz övladı xəstə olduğu üçün yaxınlarının təkidiylə ondan ayrıldığını deyir:


«Yoldaşım dedi ki, uşağı atırsansa, təzədən ailə quraq. Qızımın 2 yaşı olanda gəlib gördü ki, müalicəsinə çox pul çıxır, – yenə atdı, getdi. «Mən bu uşağa baxa bilmərəm!» – söylədi. Kəbinlə ailə qurmuşam, ZAQS-ım olmayıb (rəsmi nikahı nəzərdə tutur – A.K.). Heç bir aliment də ödəmir. İndi məhkəməyə vermişəm ki, atalığı təyin olunsun və aliment kəsilsin».
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00
Direct-ə keçid


KİMƏ TƏNHA ANA DEYİLİR?

Jalə Şirinova kimi tək analar az deyil. Kimisi uşağını qeyri-rəsmi nikahdan doğduğu, kimisi boşandığı, kimisi də ailə başçısını erkən itirdiyi üçün övladı ilə başbaşa qalır, həm maddi, həm də mənəvi çətinliklərini tək daşımalı olur.

Beynəlxalq sözlüklərdə himayəsində azyaşlı uşağı və ya uşaqları olan, dul qalmış, boşanmış və ya ailə qurmamış qadına tənha, tək ana deyilir. Bu tip ailələr «təkvalideynli ailələr» də adlanır.

Təxmini hesablamalara görə, Azərbaycanda tək anaların sayı 100 mindən çoxdur. 130 mindən çox ailə başçısını erkən itirib. Üstəlik, yalnız 2012-ci ildə qeyri-rəsmi nikahdan 27 mindən çox uşaq dünyaya gəlib. Onlardan 8 min 643 nəfəri Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində tək ananın ərizəsinə əsasən qeydə alınıb.

3.10. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən

doğulan uşaqların sayı

İllər Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən
doğulan uşaqların sayı, nəfər
Diri doğulan uşaqların ümumi sayına nisbətən, faizlə
197052003.4
197574235.2
198046693.0
198546412.6
199048002.6
199583755.8
200062825.4
200173186.6
200284217.6
20031188210.5
20042666920.3
20052605018.4
20062202914.8
20071787311.8
20081842112.1
20091938412.7
20102538515.3
20113098317.6
20122703115.5

3.9. Ananın nikah vəziyyətinə görə diri doğulan uşaqların sayı, (nəfər)
İllərDiri doğulan uşaqların sayı
Cəmio cümlədən:
rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindənrəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindənonlardan Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alınmış

hər iki valideynin ərizələrinə əsasən

tək ananın ərizəsinə əsasən

19701509761457765200......
19751418571344347423......
19801549741503054669......
19851776571730164641......
1990182989178189480019952805
1995143315134940837545703805
2000116994110712628221794103
2001110356103038731834533865
2002110715102294842122866135
20031134671015851188226069276
200413160910494026669230683601
200514190111585126050212314819
200614894612691722029167665263
200715196313409017873131774696
200815208613366518421135494872
200915213913275519384143825002
201016564314025825385180407345
201117607214508930983211739810
201217446914743827031183888643


130 MİN AİLƏ BAŞÇISINI İTİRİB

Ailə başçısını itirən ailələrin hesabatını «Sənsiz» cəmiyyəti aparır. Belə ailələr təkvalideynlidir – ailə başçısını müxtəlif qəza və xəstəliklərdə, münaqişələrdə erkən itirib, öhdəsində azyaşlı övladları qalıb. Hər 100 təkvalideynli ailədən yalnız 2-3 faizinin kişilərin öhdəsində qaldığı bildirilir, yəni kişilər əksər hallarda uşağa baxa bilmədiyindən ailə qurur. Beləcə, təkvalideynlilər, əsasən, analardan ibarət olur.

«Sənsiz» cəmiyyətinin rəhbəri Zemfira Rəhimova yalnız ailə başçısını itirmiş ailələrin statistikasını aparmasını belə izah edir ki, boşanmış qadınlara aliment təyin olunur, qeyri-rəsmi nikahdan dünyaya uşaq gətirənlər isə bunu öz seçimi ilə edir:

Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

«130 min ailə uşaqları 18 yaşına çatmayanlardır. Uşaqları böyüdənləri siyahıdan çıxarırıq. 2000-ci ildə 100-110 min idi. Məktəblilərin 5-8 faizi təkvalideynli uşaqlardır. Ailə başçısını itirməyə görə 40-80 manat arası müavinət nəzərdə tutulub, bu da elə məktəb paltarına gedir. Valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla bağlı qanunvericiliyə dəyişikliklər üçün öz təkliflərimi vermişdim. İmtiyazlar valideynin birini itirmiş, digəri də 1-ci və 2-ci qrup əlil olan uşaqlara şamil olundu.
Namizəd Səfərov
Namizəd Səfərov
Onlar təhsilhaqqından azad edildilər və s. Ancaq mən təklif edirdim ki, iş yerlərində kvota ayrılsın. Həbsdə yatan yeniyetmələrdən çoxu təkvalideynli ailələrdəndir. Guya büdcəyə çox ziyan vurmaq istəmirlər. Bu, bilirsiniz, nəyə bənzədi – paraya dəymə, bütövü də kəsmə, ancaq doğra, doyunca ye».


DÖVLƏT MARAQLI OLMALIDIR

Övladını tək böyüdən qadınlara qanunvericilikdə heç bir müavinət nəzərdə tutulmayıb. Hüquqşünas Namizəd Səfərov belə statusun müəyyənləşdirilməsini və müavinət təyin olunmasını vacib sayır:

Gözlə

No media source currently available

0:00 0:03:31 0:00
Direct-ə keçid

«Himayəsində olan bir və daha çox uşağı saxlayan qadın işləyə bilməz. Azyaşlı və yetkinlik yaşına çatmamış uşağı taleyin hökmünə buraxmaq olmaz. Dövlət həmin uşaqların normal yetişməsində maraqlı olmalıdır.
Fariz Namazlı
Fariz Namazlı
Nə tək qadının, nə də işləməyən ailə başçısının saxladığı uşaqlarla dövlətin maraqlanması, onlara aylıq müavinət ayrılması barədə hələ eşitməmişəm. Ancaq ailə başçısını itirməyə, 3 yaşadək uşağa qulluğa görə müavinətlər var. Bu kateqoriyadan olan qadınlar müəyyənləşdirilməli və dövlət qayğısı görməlidirlər».


150 MANAT ALİMENT ALIRSA...

Vəkil Fariz Namazlı isə diqqəti qanunla müəyyənləşmiş müavinətlərin simvolik olmasına, ən xırda ehtiyacları belə ödəməməsinə yönəldir:

Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

«Ailənin gəliri ehtiyac meyarından aşağıdırsa, ünvanlı sosial yardım haqqında qanuna əsasən, yardım kəsilir. Yeni qəbul olunan «Sosial xidmət haqqında» qanun var. Tənha qadın həmin meyara uyğun gəlirsə, uşağın sağlamlıq imkanı məhduddursa, sosial təhlükəli vəziyyətdədirsə, qadının yaşayış yeri yoxdursa, bu halda sosial xidmət göstərilə, o, xüsusi müəssisəyə yerləşdirilə, dərmanla təmin edilə bilər. Ancaq müavinətlərin məbləği çox azdır.
Taliyə İbrahimova
Taliyə İbrahimova
Məsələn, çoxuşaqlı, amma işləməyən qadın sosial xidmətdən də kənarda qalır. Tutaq ki, 2 nəfərlik ailədir, ana-balanın gəliri 186 manatdan az olmamalıdır. 150 manat aliment alırsa, 186-dan 150 manat çıxılacaq və 36 manat ödənəcək».


DÖVLƏT KOMİTƏSİNİN FİKRİNCƏ, ARAŞDIRMA APARILMALIDIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin müdiri Taliyə İbrahimova ölkə qanunvericiliyində «tənha qadın» anlayışı olmasa da, yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən valideynlər, yəni əslində analara bəlli təminatların nəzərdə tutulduğunu vurğulayır:

Gözlə

No media source currently available

0:00 0:05:38 0:00
Direct-ə keçid

«Bu cür şəxslərlə əmək müqaviləsinin xitamı qadağandır. Yetkinlik yaşına çatmayan uşaq böyüdən valideyn üçün işəgötürənin üzərinə öhdəlik qoyulur. Kvota müəyyənləşdirib, onları işə götürməlidirlər. Boşanmış qadınlara aliment nəzərdə tutulub. Qeyri-rəsmi nikahdan doğulan uşaqla nikahdan doğulan uşaqların hüquqları eynidir. Atalıq təyin olunursa, uşağın aliment almaq hüququ var. Statistikanı konkret göstərmək mümkün deyil. Tək anaların statusunun müəyyənləşdirilməsi aktual məsələdir. Araşdırma aparılmalıdır, ondan sonra qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlana bilər».
Foto: Arxiv
Foto: Arxiv


RUSİYADA TƏK ANA OLMAQ

Rusiyada tənha ana nikahdankənar uşaq doğmuş analara deyilir. Bu halda atalığın müəyyənləşdirilməsi üçün valideynlərin birgə ərizəsi olmur, «ata» yerində ya xətt çəkilir, ya da anaya istinadla məlumat yazılır.

Övladlığa uşaq götürmüş qadın da tənha qadın sayılır. Bu qadınlar üçün bir sıra müavinət və güzəştlər nəzərdə tutulub. Övladı 14 yaşından kiçik olan tənha qadının işlədiyi müəssisədə ştatlar ixtisara düşürsə, onu işdən çıxara bilməzlər. Müəssisə ləğv olunanda həmin qadına mütləq iş yeri tapılmalıdır. Xəstə uşağına baxmalı olan qadına müavinət verilir. Stasionar müalicə zamanı bu müavinətin həcmi ananın əmək təcrübəsindən asılıdır. Ambulator müalicədə isə tənha anaya müavinət ilk 10 gün ərzində tam məbləğdə, daha sonra əməkhaqqının yarısı həcmində ödənir. Beş yaşınadək uşağı olan tənha ana gecə növbəsində işə cəlb edilmir.

Himayəsində bir və daha çox uşağı olan, yaşı 35-dən az qadına mənzil də verilə, həmin qadın 2011-2015-ci illər üzrə mənzil proqramına qatıla bilər. Tənha anaların övladları məktəbəqədər təhsil müəssisələrinə növbəsiz qəbul olunur və uşağın həmin müəssisələrdə saxlanmasına 50% endirim edilir. Həmin qadınlar ildə bir dəfədən az olmayaraq övladlarına uşaq sanatoriyalarına yollayış ala bilərlər. Bundan əlavə, Rusiyada tənha qadınlara ərzaq bahalanarkən və həyat səviyyəsinin yüksəlməsinə görə kompensasiya və digər ödənişlər nəzərdə tutulub.

XS
SM
MD
LG