Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:14

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

03:10 18.7.2014

DÜNYA TARİXİNDƏ BUNA BƏNZƏR FACİƏLƏR

MH17 təyyarəsi silahlı toqquşmalar ərazisində qəzaya uğrayan ilk təyyarə deyil. 2001-ci ildə İsraildən - Rusiyaya uçan təyyarə hərbi təlimlər keçən Ukrayna ordusu tərəfindən vuruldu. AzadlıqRadiosu bu və buna bənzər hadisələri bir yerə toplayır. Ətraflı burada oxu

01:52 18.7.2014

Silah var? Heç nə... ancaq tualet kağızı

Ukrayna Təhlükəsizlik xidməti YouTube portalında gizli telefon danışıqlarının səs yazısını açıqlayıb. Bu danışıqların MH17-nin Donetsk vilayətində yerə düşməsindən dərhal sonra baş verdiyi iddia olunur. AzadlıqRadiosu səslərin həqiqiliyini müstəqil mənbədən dəqiqləşdirmək imkanı olmadığından onların məzmununa görə məsuliyyət daşımır. Oxucuların marağını nəzərə alaraq danışıqları dərc edirik.

BİRİNCİ DANIŞIQ

Saat 16.50: Bes ləqəbli Qorlovka qruplaşmasının rəhbəri öz kuratoru Vasiliy Geranina zəng edir. Hər ikisinin Rusiya hərbi kəşfiyyat zabbiti olduqları iddia olunur.

Bes: Indicə “minaçı”nın dəstəsi təyyarə vurdu. Yenakiyevo şəhərindən o tərəfdə düşdü.

Geranin: Təyyarəçilər, təyyarəçilər hanı?

Bes: Getdilər ki, vurulan təyyarənin şəkillərini çəksinlər. Tüstülənir...

Geranin: Neçə dəqiqə əvvəl?

Bes: Haradasa... 30 dəqiqə əvvəl.

İKİNCİ DANIŞIQ

İkinci söhbətdə Mayor Qrek ləqəbli şəxslərin danışığı verilir. Onların kimliyi açıqlanmır, sadəcə Rusiyameyli yaraqlılara aid olduqları bildirilir

- Eşidirəm, Mayor.

- Deməli belə, təyyarəni “çenruxinçilər” vurublar.

- Kim?

- Çenrnixinski postundan. Çernuxinskidə duran kazakları deyirəm. Təyyarə havada səpələnib, artıq ilk “200lük” tapılıb (hərbçilər meyidə “200 nömrəli yük” deyirlər – red.). Mülki şəxsdir.

...

- Eşidirəm.

- Dəqiq deyirəm, mülki bortdur (təyyarə - red.)

- Adam çoxdur?

- Hə, p..ts?: (ədəbsiz söz). Qalıqlar həyətlərə düşürdülər.

- Bort kimə məxsusdur?

- Hələ aydınlaşdırmamışam. Əsas hissələrin düşdüyü yerdə olmamışam. Hələ ki, ilk meyidlərin düşdüyü yerə baxıram. Burada təyyarə qalıqları, kreslolar, meyidlər var.

- Silahdan nəsə var?

- Qətiyyən heç nə. Ancaq mülki əşyalardı. Tibb ləvazımatı, dəsmal, tualet kağızı...

- Sənəd var?

- Hə. İndoneziyalı tələbənin var, Thompson universitetindən.

01:39 18.7.2014

KİYEVDƏ HOLLANDİYA SƏFİRLİYİ QARŞISINDA MATƏM TOPLANTISI (VİDEO)

İyulun 17-də axşam saatlarında Kiyevdə sakinlər Donetskdə düşən təyyarədə həlak olanları xatirəsi üçün Hollandiya səfirliyinin qarşısına güllər qoyub, şamlar yandırmağa başlayıblar. Amsterdamdan Malayziyaya uçan təyyarəni Donetskdə Rusiya yönlü separatçıların vurması barədə məlumatlar səslənir.

Kiyev sakinləri baş sağlığı üçün Hollandiya səfirliyinin qarşısına toplaşırlar
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Davamı

XS
SM
MD
LG