Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Rusiya ABŞ-ı «qarayaxma kampaniyasında» ittiham edir


Donetskdə Rusiyameylli separatçılar - 21 iyul 2014
Donetskdə Rusiyameylli separatçılar - 21 iyul 2014

-

Rusiya Birləşmiş Ştatları Moskvanın Ukrayna münaqişəsində roluna dair böhtan xarakterli kampaniya aparmaqda ittiham edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ hökuməti «ictimaiyyəti hədəfləyən əsassız bəyanatlar» verməkdə davam edir.

Lakin Pentaqonun məlumatlarında deyilir ki, Rusiya Ukrayna sərhədi boyunca iriçaplı artilleriya sistemlərini cəmləşdirməyə hazırlaşır.

ABŞ, həmçinin, qətiyyətlə bəyan edib ki, «Malayziya Hava Yolları» şirkətinə məxsus MH17 sərnişin təyyarəsi Ukraynadakı separatçılar tərəfindən onlara Rusiyadan ötürülmüş SA-11 tipli «Buk» raket sistemi ilə vurulub.

PENTAQON: RUSİYA DAHA TƏKMİL RAKETLƏR ÖTÜRMƏYƏ HAZIRLAŞIR

Moskva Ukraynaya ağır silahlar ötürdüyünü, bir qayda olaraq, dansa da, buradakı rusiyayönümlü separatçılar məsələ barəsində ziddiyyətli bəyanatlar verirlər.

Pentaqon ötən cümə bildirib ki, onda Rusiyanın Ukraynaya daha çox raket qurğuları göndərməyə hazırlaşdığına dair məlumatlar var.

«Bəzi əlamətlər barədə bizdə olan məlumatlara görə, Rusiya yaxın gələcəkdə Ukraynaya daha ağır və daha təkmil çoxpilləli raket sistemləri göndərmək niyyətindədir» –Pentaqonun sözçüsü polkovnik Steve Warren deyib.

Bundan bir gün əvvəl ABŞ Dövlət Departamenti bildirmişdi ki, onda Rusiyanın öz ərazisindən Ukrayna hərbçilərini atəşə tutduğunu göstərən dəlillər var.

«ANTİ-RUSİYA ŞTAMPLARI»

Lakin Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, «ABŞ Kiyevdəki müttəfiqlərini qorumaq, Ukraynadakı real vəziyyəti ört-basdır etmək üçün anti-Rusiya ştamplarından istifadə edir».

BBC-nin Moskvadakı müxbirləri xəbər verirlər ki, «müharibə qızışdırmaqda» ittiham olunmasına baxmayaraq, Rusiya hələlik təmkin göstərməyə çalışır.

Bu arada Avropa İttifaqı daha 15 fiziki və 18 hüquqi şəxsi sanksiya siyahısına əlavə edib. Onların Avropa Birliyi ölkələrinə girişi qadağa ediləcək və bu regiondakı bütün aktivləri dondurulacaq.

Aİ-nin bu barədə bəyanatında deyilir ki, adları «qara siyahı»lara salınan fərdlər və hüquqi şəxslər «Ukraynanın ərazi bütövlüyünə qarşı hərəkətlər» üçün məsuliyyət daşıyırlar.

«BÖYÜK QUŞ»U KİM VURUB?

Ukrayna rəsmiləri MH17 reysi ilə uçan sərnişin təyyarəsinin vurulmasından az əvvəl qiyamçılar arasındakı radiodanışıqları əldə edildiyini bildiriblər.

Həqiqiliyi müstəqil mənbələr tərəfindən hələlik təsdiq olunmamış bu səsyazılarının birində qiyamçılardan biri öz komandanına «quşun onlara tərəf uçduğunu» xəbər verir.

Komandir bunun «casus təyyarəsi, yoxsa daha böyük təyyarə olduğunu» soruşanda, qiyamçı obyekt çox yüksəkdən uçduğuna görə bunu deyə bilməyəcəyini söyləyir.

Hazırda Hollandiya və Avstraliyanın xarici işlər nazirləri təyyarənin düşdüyü yerə müstəntiqlərin göndərilməsi məsələsini Kiyevlə müzakirə edirlər.

Bu ərazi qiyamçıların nəzarətindədir.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG